Bu gündən Rusiya ilə Gürcüstan arasında birbaşa aviareyslər dayandırılır
Moskva, 8 iyul, AZƏRTAC
Gürcüstanda təyyarə biletini dəyişmək arzusunda olmayan 5 minə yaxın rusiyalı turist qalıb.
AZƏRTAC xəbər verir ki, Prezident Vladimir Putinin Rusiya ilə Gürcüstan arasında birbaşa aviareyslərin qadağan olunması barədə Fərmanı iyulun 8-dən qüvvəyə minir. Bu gündən hər iki ölkənin aviaşirkətləri qarşılıqlı uçuşları dayandırır.
Rusiya Nəqliyyat Nazirliyinin məlumatına görə, Gürcüstanda olan rusiyalı turistlərdən təxminən 5 min nəfəri təyyarə biletini dəyişməyib. Onların tranzit yolla Rusiyaya qayıdacağı ehtimal olunur.
Nazirlik, həmçinin aviaşirkətlərin uçuşların qadağan olunmasından çəkəcəyi ziyanın də təxmini məbləğini açıqlayıb. İlkin hesablamalara görə, Rusiya aviaşirkətləri Gürcüstana uçuşların qadağan olunmasından 3 milyard rubl ziyan çəkəcəklər.
Qeyd edək ki, iki ölkə arasında uçuşları Rusiyanın 6, Gürcüstanın isə 2 aviaşirkəti həyata keçirirdi.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]
Qırğızıstan BMT-nin Kağızsız Ticarət Şurasına yenidən sədr seçilib
- 09.06.2026 [14:51]