Bu il Ağcabədidə 40 tondan çox barama istehsalı proqnozlaşdırılır
Ağcabədi, 29 yanvar, AZƏRTAC
Prezident İlham Əliyevin ənənəvi və ixracyönümlü sahə olan baramaçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqların icrası istiqamətində Ağcabədi rayonunda zəruri tədbirlər görülür.
Ağcabədi Rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, baramaçılıq 1990-cı illərin əvvəllərində tənəzzülə uğrasa da, 2016-cı ildə yenidən bərpa edilib. Həmin il rayonda 3675 kiloqram, 2017-ci ildə 16 min 761 kiloqram, 2018-ci ildə isə 37 min 146 kiloqram barama istehsal olunub. İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2018-ci illərdə rayon ərazisində 380 min ədəddən çox tut tingi əkilib. Rayon ərazisindəki mövcud və yeni salınan tut bağları, əhalinin təcrübəsi, həmçinin bu sahənin gəlirli olması barama istehsalını artırmağa imkan verir. 2019-cu ildə daha çox rayon sakininin bu gəlirli sahə ilə məşğul olacağı nəzərə alınsa, 40 tondan çox barama istehsalı proqnozlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]