BU İL AZƏRBAYCANDA TƏXMİNƏN 2 MİLYON 600 MİN TON TAXIL İSTEHSAL EDİLƏCƏKDİR
Kənd təsərrüfatı naziri İsmət Abasov AZƏRTAC-a bildirmişdir ki, respublikada dənli, dənli-paxlalıların əkin sahəsi təxminən 850-860 min hektardır.
Əgər hər hektardan məhsuldarlığı keçənilki rəqəmlə, yəni 27,1 sentnerdən hesablasaq, bu il ən azı 2 milyon 600 min ton taxıl istehsal ediləcəkdir.
Ölkənin ümumilikdə dənli, dənli-paxlalılara və taxıla ehtiyacı 3 milyon 200 min tondan bir qədər çoxdur. Tələbat hələlik tam ödənilmədiyindən bu il də ölkəyə taxıl idxal olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]