Bu il Bərdədə 968 abunəçi genişzolaqlı internet xidmətinə qoşulub
Bərdə, 2 noyabr, AZƏRTAC
Bərdə rayonunda rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, cari ildə Muğanlı və Xəsili kəndləri istiqamətində 9 kilometr optik kabel çəkilib. Məşədiibişli və Məmmədli kəndlərində optik xətlər üzərindən DSLAM avadanlıqları quraşdırılıb. Mehdixanlı, Umudalılar, Seyid Yusifli, İkinci Hacallı və Həsənqaya kəndlərində 6,8 kilometr rabitə xətləri yenisi ilə əvəz olunub. Otuzikilər, Xanərəb, Çələbilər, Məşədiibişli kəndlərində, Bərdə şəhərinin B.Hacıyev küçəsində və məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə mərkəzi Elektron ATS-lərdə 568 portluq DSLAM avadanlıqları qurulub, 105 ədəd yeni dəmir dirək basdırılıb, 3 kilometr rabitə kabeli çəkilib, 192 ədəd istifadəyə yararsız dirək, 18 kilometr rabitə kabeli yenilənib.
Görülən işlər nəticəsində rayonda telefon abonentlərinin sayı 783, genişzolaqlı internet xidmətindən istifadə edən abunəçilərin sayı isə 968 nəfər artıb.
Hazırda rayonda rabitə xidmətinin səviyyəsinin yüksəldilməsi, yüksəksürətli internet portlarının sayının artırılması istiqamətində işlər davam etdirilir. Cəyirli kəndində 80 abonentin rabitə şəbəkəsinin tikintisi aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:51]
Beyləqanda xor və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb
- 09.06.2026 [21:44]
Beyləqanda şəhid Fəti Fətizadənin xatirəsi anılıb
- 09.06.2026 [21:34]
Salyanda yol qəzası olub, xəsarət alanlar var
- 09.06.2026 [20:55]
Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO
- 09.06.2026 [19:32]
Şimal-qərb bölgəsində buraxılış siniflərini 14 mindən çox şagird bitirir
- 09.06.2026 [19:01]
Zaqatalada mövsümün ilk günündə 712,5 kiloqram yaş barama təhvil verilib
- 09.06.2026 [18:55]