Bu il Ege dənizində Türkiyədən Avropaya keçmək istəyən təxminən 16 min köçkün saxlanılıb
İstanbul, 6 iyun, AZƏRTAC
Bu ilin ilk beş ayında Ege dənizində Türkiyəni qanunsuz yollarla tərk etmək istəyən təxminən 16 min xarici vətəndaş saxlanılıb.
AZƏRTAC xəbər verir ki, ölkənin sahil təhlükəsizliyi və polis əməkdaşları tərəfindən aparılam əməliyyatlar nəticəsində saxlanılanların əksəriyyəti Yunanıstana keçmək istəyib.
Bu şəxslər arasında aparılan sorğulardan bəlli olub ki, onların ölkələrini tərk etmələrinə daxili qarışıqlıq, müharibələr, iqtisadi və siyasi çətinliklər kimi problemlər səbəb olub.
Bunun qarşısını almaq məqsədilə Türkiyənin sahil mühafizə qüvvələri tərəfindən mühafizə tədbirləri gücləndirilib.
Qeyd edək ki, ötən ilin eyni dövrü ərzində Ege dənizində saxlanılan əcnəbilərin sayı 9 min 756 nəfər olub.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]