Bu il əlavə 70 min hektarda meliorativ tədbirlər yaxşılaşdırılacaq
Bakı, 1 may, AZƏRTAC
Bu il azı əlavə 70 min hektarda meliorativ tədbirlər yaxşılaşdırılacaq.
AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.
Dövlətimizin başçısı deyib: “Son illərdə meliorativ tədbirlərin həyata keçirilməsi geniş vüsət almışdır. Biz bir neçə il ərzində yüz minlərlə hektar yeni torpağa su xətləri çəkdik. Bu il biz ən azı əlavə 70 min hektara su xətləri çəkib, orada da meliorativ tədbirləri yaxşılaşdıracağıq. Minimum 1000 kilometr avtomobil yolu çəkilməlidir. Minimum ona görə deyirəm ki, biz ilin əvvəlində bu hədəfi götürmüşdük. Ancaq yerlərdən gələn təkliflər və müraciətlər deməyə əsas verir ki, bu problem hələ də mövcuddur, baxmayaraq ki, 15 min kilometr avtomobil yolu çəkmişik. Ona görə də həm Bakı şəhərində, həm Bakı qəsəbələrində, - bildiyiniz kimi, indi bu işlər geniş vüsət alıb, - və bölgələrdə əlavə tədbirlər görüləcək. Bu proses su xətlərinin çəkilişi ilə uzlaşmalıdır. İlk növbədə, kommunikasiyalar, su xətləri çəkilməlidir, ondan sonra yollar. Yəni, biz bu işləri paralel şəkildə görürük”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]