İDMAN
Bu il ərzində 100-dən artıq könüllü və gənc Azərbaycanı beynəlxalq tədbirlərdə təmsil edib
Bakı, 5 dekabr, AZƏRTAC
2024-cü il ərzində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 100-dən artıq könüllü və gənc Azərbaycanı beynəlxalq tədbirlərdə təmsil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Qəhrəmanov “Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumu” çərçivəsində keçirilən mətbuat konfransında deyib.
"Azərbaycan Konüllülük Həftəsi çərçivəsində 150 nəfərin iştirakı ilə Şəkidə üçgünlük düşərgə keçiriləcək. İştirakçıların 30-dan çoxu 12 ölkədən olan könüllülər olacaq. Düşərgə çərçivəsində beynəlxalq forum və konfransın keçirilməsi də nəzərdə tutulub. Azərbaycan könüllülərinə və gənclərinə beynəlxalq tədbirlərdə göstərdikləri fəaliyyətə görə təşəkkür edirəm", - E.Qəhrəmanov bildirib.