CƏMİYYƏT
Bu il narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin sayı açıqlanıb
Bakı, 16 sentyabr, AZƏRTAC
Qanunsuz dövriyyədən çıxarılmış 5 ton 092 kiloqram 868,748 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 120 milyon 733 min AZN kimi qiymətləndirilir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan AZƏRTAC-a verilən məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 5 min 040 nəfər cəlb edilib, onlardan 16-18 yaşadək 1 nəfər, 18-25 yaşadək 367 nəfər, 26-29 yaşadək 802 nəfər, 30 yaş və ondan yuxarı isə 3 min 870 nəfər təşkil edir. Həmin şəxslərdən 4 min 881-i kişi, 159-u qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 45 nəfəri xarici ölkə vətəndaşıdır.
Məsuliyyətə cəlb edilmiş 45 xarici ölkə vətəndaşından ümumilikdə 110 kiloqram 016 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.