BU İL QAZAXDA 1170 AİLƏYƏ ÜNVANLI DÖVLƏT SOSİAL YARDIMI TƏYİN OLUNMUŞDUR
Qazax Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, cari ildə ünvanlı dövlət sosial yardımı almaq üçün mərkəzə 1475 ailə müraciət etmişdir. Onların 1285 nəfərinin sənədləri qeydiyyata alınmışdır.
Mərkəzdə yaradılmış komissiyada isə 1260 nəfərin ərizəsinə baxılaraq, 1170 ailəyə ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur.