Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu ilin birinci rübündə 2 tondan artıq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb

Bu ilin birinci rübündə 2 tondan artıq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb

Bakı, 21 aprel, AZƏRTAC

Bu ilin yanvar-mart ayları ərzində narkomanlığa, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib.

İşçi Qrupundan AZƏRTAC-a verilən məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 2325 cinayət faktı aşkarlanıb. Onlardan 679-u narkotik vasitələrin qanunsuz satışı, 1638-i narkotik vasitələrin qanunsuz əldə edilərək saxlanılması, 6-sı narkotik tərkibli bitkilərin qanunsuz əkilib-becərilməsi, 2-si isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə 2 ton 205 kiloqram 9,782 qram narkotik vasitə və psixotrop maddə müsadirə olunub. Bunlardan 1 ton 908 kiloqram 958,14 qramı marixuana, 137 kiloqram 897,45 qramı heroin, 50 kiloqram 206,512 qramı tiryək, 30 kiloqram 759,3 qramı həşiş, 21 kiloqram 101,767 qramı digər narkotik vasitələr və 56 kiloqram 86,613 qramı isə psixotrop maddələr təşkil edib. Həmçinin, həmin dövr ərzində 2174 ədəd metadon və 15 ədəd çətənə bitkisi qanunsuz dövriyyədən çıxarılıb.

Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitə və psixotrop maddələrin ümumi dəyəri 58 milyon 539 min manat olaraq qiymətləndirilir.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 1068 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 1 nəfəri 18 yaşdan aşağı, 68 nəfəri 18-25 yaşadək, 175 nəfəri 26-29 yaşadək, 824 nəfəri isə 30 yaş və yuxarı olan şəxslərdir. Bu şəxslərdən 1034-ü kişi, 34-ü qadındır. Cinayət məsuliyyətinə cəlb edilənlərdən 28 nəfəri xarici ölkə vətəndaşı olub.

Həmin 28 xarici ölkə vətəndaşından 13-ü İran İslam Respublikası, 5-i Rusiya, 4-ü Gürcüstan, 5-i Türkiyə və 1-i Ukrayna vətəndaşıdır. Bu şəxslərdən ümumilikdə 329 kiloqram 497,152 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.

Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 58 fakt aşkar edilib. Bu faktlar üzrə ümumi çəkisi 711 kiloqram 912,182 qram olan narkotik vasitə və psixotrop maddə, 2174 ədəd metadon və 13 min 155 ədəd güclü təsir edən maddə qanunsuz dövriyyədən çıxarılıb.

Ümumilikdə aşkar edilmiş cinayətlər 56 qrup halında törədilib. 415 cinayət faktı isə əvvəllər məhkum olunmuş şəxslər tərəfindən həyata keçirilib. Onlardan 496 kiloqram 971,5 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.

Təhlillər göstərir ki, 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə bu ilin müvafiq dövründə hüquq-mühafizə orqanları tərəfindən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı faktların ümumi sayı 584, qanunsuz satışla bağlı faktların sayı 142, satış məqsədi olmadan qanunsuz əldə edib saxlama halları üzrə faktların sayı 438, narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyası ilə bağlı faktların sayı 6, qrup halında törədilən cinayətlərin sayı isə 5 vahid artıb. Eyni dövrdə məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 547 nəfər azalıb.

2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu ilin ilk üç ayında qanunsuz dövriyyədən çıxarılmış güclü təsirə malik narkotik vasitələrin, o cümlədən heroinin çəkisi 133 kiloqram 281,759 qram (49,2 faiz), tiryək çəkisi 2 kiloqram 940,115 qram (5,5 faiz), psixotrop maddələrin çəkisi isə 24 kiloqram 20,838 qram (30 faiz) azalıb.

Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 1 ton 908 kiloqram 958,14 qramını (86,5 faiz) marixuana təşkil edib. Onun 1 ton 729 kiloqram 225,74 qramı (90,5 faiz) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici mənşəli, 179 kiloqram 732,4 qramı (9,4 faiz) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilib.

Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 2025-ci il yanvarın 28-də qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarda narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının məhv edilməsi məqsədilə Komissiya tərəfindən qəbul edilmiş 24 qərar əsasında ümumilikdə 5 ton 168 kiloqram 332,011 qram müxtəlif növ maddə yandırılaraq məhv edilib.

Eyni zamanda, az və xeyli miqdarda qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyaların birgə təşkilatçılığı ilə 754 məhkəmə hökmü əsasında barəsində məhvetmə qərarı verilmiş ümumi çəkisi 19 kiloqram 621,973 qram olan maddələr və 129 ədəd çətənə bitkisi məhv olunub.

Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədilə Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 22 min 317 nəfər yönləndirilib. Onlardan narkotik vasitələrdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1202 nəfərdən 696 nəfərinin narkotik istifadəçisi olduğu müəyyənləşdirilib və onlarla bağlı zəruri tədbirlər görülüb.

Bu ilin yanvar-mart ayları ərzində “802” qaynar xəttinə 204 vətəndaş müraciəti daxil olub. Onlardan 22-si narkotik vasitələrin qanunsuz dövriyyəsi, 23-ü narkotik asılılıqdan müalicə, 159-u isə digər məsələlərlə (təkrar müraciətlər, qanunvericiliyin izahı, məcburi müalicə prosedurları və s.) bağlı olub. Həmin müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 45 məktub ünvanlanıb.

“802” qaynar xətt xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ əlaqələndirmə təmin olunub. Daxil olan məlumatlar əsasında müvafiq cinayət işləri başlanıb, külli miqdarda narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb, narkotik istifadəçiləri könüllü müraciətlər əsasında ixtisaslaşmış tibb müəssisələrinə müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə isə psixoloji dəstək göstərilib, mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vladimir Medinski: Rusiya danışıqların bərpasına və kompromislərin müzakirəsinə hazırdır

Antalyada Türkiyə, ABŞ və Suriya xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib

Hakan Fidan: Ukrayna və Rusiya arasında ədalətli və uzunmüddətli sülhə aparan yol dialoqdan keçir

Bakı Musiqi Akademiyasında musiqi məktəbinin hesabat konserti keçirilib VİDEO

Bakı Musiqi Akademiyasında musiqi məktəbinin hesabat konserti keçirilib VİDEO

Azərbaycan Qazaxıstandan taxıl idxalını 113 dəfə artırıb

Məhkəmədə Ermənistan ordusunun Azərbaycan ərazilərini işğal etməsi, mülki əhalini qətlə yetirməsi faktları ilə bağlı ifadələr dinlənilib

Zelenski: Ukrayna İstanbulda Rusiya ilə danışıqlarda iştirak edəcək

Şəmkirdə "Cəsur Vətən oğlu" kitabının təqdimatı keçirilib

Azərbaycan və Pakistan arasında dəmiryol sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Avropa Şurasının Prezidenti Şimali Makedoniyanın gələcəyini Aİ-də görür

Folklor İnstitutunda Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib

Ciorcia Meloni: İtaliya Müqəddəs Taxt-Tacın sülh səylərini dəstəkləyir

Bakıda elektron ticarət oyunçularının iştirakı ilə sərgi təşkil olunub

Azərbaycan BMT-nin Cenevrə Kitabxanasına nəşrlər hədiyyə edib

Məhkəmə: Qubadlının Zilanlı kəndinin və Zəngilanın işğalı zamanı çəkilən videomaterial nümayiş olunub

Odessa şəhərində “Azərbaycan” parkı salınacaq FOTO

Bakıda keçirilən “Poçt Liderləri Forumu” başa çatdı

Uzun müddət axtarışda olan şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Azərbaycan Türküstanda Yasəvi irsinə həsr edilmiş forumda təmsil olunur

ADNSU ilə “Bayraktar Teknoloji Azərbaycan” şirkəti əməkdaşlıq memorandumu imzalayıb

Əlilliyi olan uşaqlar və onların valideynləri Mərkəzi Nəbatat Bağında ekskursiyada olublar

Baş nazir Əli Əsədov Çinin Azərbaycandakı səfiri ilə görüşüb

Azərbaycanın çoxvektorlu xarici siyasəti: Regional gücdən qlobal aktora

Azərbaycanda iqtisadi fəal əhalinin sayı açıqlanıb

Türkiyə MMU-nun nümayəndə heyəti ölkəmizin hərbi müəssisələrində olub

Prezident İlham Əliyev Albaniyaya işgüzar səfərə gəlib VİDEO

Prezident İlham Əliyev Albaniyaya işgüzar səfərə gəlib VİDEO

Yaz semestrində 8 minə yaxın tələbə təhsil krediti alıb

“Suveren dövlətin ekoloji dəyərləri” layihəsinə başlanılır

Azərbaycanın xarici ticarət dövriyyəsi 12 milyard dollar olub

® “PAŞA Holdinq”in dəstəyi ilə Şamaxının Göylər kəndində yeni sosial müəssisə istifadəyə verilib

Balaxanı neftçisi Vətənə ikiqat dünya çempionu kimi qayıdıb

Dəyişən “Son zəng” ənənələri VİDEO

Dəyişən “Son zəng” ənənələri VİDEO

AQTA sədri Oğuzda vətəndaşların müraciətlərini dinləyib, istehsal müəssisələrinə baş çəkib

Çinin ölkəmizdə yeni təyin edilmiş səfiri Milli Məclisdə olub

Çində Azərbaycan şərabçılığına aid master-klas keçirilib VİDEO

Çində Azərbaycan şərabçılığına aid master-klas keçirilib VİDEO

® “Uğur yolu ” – Marketinq strategiyası ilə güclü brendə çevril və performansını artır

® “Unibank” “Yaşıl İnvestisiya Prinsipləri”nə qoşulub

Görkəmli tarzən Hacı Məmmədovun anadan olmasının 105 illiyi qeyd edilib

Azərbaycan-Macarıstan parlamentlərarası münasibətləri müzakirə olunub

MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 72-ci iclası keçirilib

Gədəbəydə könüllü qanvermə aksiyası keçirilib

Son günlərdə Kür çayında suyun səviyyəsində enmə qeydə alınır VİDEO

Son günlərdə Kür çayında suyun səviyyəsində enmə qeydə alınır VİDEO

İqtisadiyyat naziri AYİB-nin İllik Toplantısı çərçivəsində sessiyalarda və görüşdə iştirak edib

Avropa xəbər agentlikləri jurnalistikaya təhdidlərə qarşı mübarizə yollarını müzakirə ediblər

Baş Prokurorluqda prokurorluq orqanlarında görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib

Çexiyada növbəti parlament seçkiləri oktyabrın 3-4-də keçiriləcək

Naxçıvanda "Təmiz hava" aylığı çərçivəsində növbəti ekoloji reyd keçirilib

Azərbaycan və Qazaxıstan parlamentləri arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb

Türkiyənin Konya vilayətində 5,2 bal gücündə zəlzələ olub

Dünya çempionatı ilə əlaqədar Dənizkənarı Bulvarda "Fan Zona" təşkil olunub VİDEO

Dünya çempionatı ilə əlaqədar Dənizkənarı Bulvarda "Fan Zona" təşkil olunub VİDEO

Azərbaycan və Pakistan arasında aqrar sahədə əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarılıb

İKT sektorunda 4 ayda 716 milyon manatlıq məhsul istehsal edilib

Sabirabadda keçirilən əmək yarmarkasında 100-ə yaxın vakansiya təqdim edilib

Son 35 ildə planetdə iqlim dəyişikliyi kəskin sürətlənib VİDEO

Son 35 ildə planetdə iqlim dəyişikliyi kəskin sürətlənib VİDEO

Azərbaycanda informasiya və rabitə xidmətlərinin həcmi artıb

Lənkəranın Hirkan–Daştatük–Biləsər avtomobil yolu təmir olunur VİDEO

Lənkəranın Hirkan–Daştatük–Biləsər avtomobil yolu təmir olunur VİDEO

FHN meşələrin yanğın təhlükəsizliyinə dair silsilə maarifləndirmə tədbirləri keçirib

Filarmoniyada Barokko musiqi axşamı təşkil olunub

İşğaldan azad olunan ərazilərə köçürülən sakinlərdən 4 min 300 şəxsin məşğulluğu təmin edilib

Azərbaycan Minifutbol Federasiyasının prezidenti: Hədəfimiz doğma azarkeşlər önündə dünya çempionu olmaqdır

Gürcüstan pavilyonunun nümayəndəsi: Gürcü şirkətləri Azərbaycan bazarına çox böyük maraq göstərir

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazanıblar

Fərid Qayıbov: Minifutbol millimizin əldə edəcəyi uğurlu nəticə Azərbaycan xalqının qələbəsi olacaq

AZIR hesablanması və açıqlanması üzrə qüvvəyə minmiş yeni qaydalara dair təqdimat keçirilib

Mütəxəssis: Son zamanlar Bakıda müşahidə olunan yağıntıların leysan xarakter alması ərazinin mikroiqlimi ilə bağlıdır

Avropa Komissiyası “TikTok”u rəqəmsal reklam qaydalarını pozmaqda ittiham edir

Macarıstan XİN-in başçısı Aİ-ni Rusiya-Ukrayna danışıqlarına mane olmamağa çağırıb

Pərakəndə ticarət şəbəkəsində istehlakçılara 18,4 milyard manatlıq məhsul satılıb

Britaniya ictimai binalarda enerjiyə qənaət üçün 840 milyon dollarlıq vəsait ayırır

Komitə sədri: Ailə siyasəti Azərbaycanda prioritet sahələrdən biri kimi müəyyən edilib

Türkiyənin “Multigrain” şirkətinin baş direktoru: Azərbaycanda düyü biznesinin genişlənəcəyini düşünürəm

Bahar Muradova: Ənənəvi dəyərlərin və ailə institutunun qorunması təhsil prosesində əsas amillərdən biridir

NATO-nun Baş katibi: Ukrayna sülh danışıqlarına hazırdır, indi top Rusiyanın tərəfindədir

ADA Universiteti ilə “Bayraktar Texnoloji Azərbaycan” arasında memorandum imzalanıb

Elçin Babayev: Milli dəyərlərlə zənginləşdirilmiş təhsil sistemi həm savadlı, həm də kimliyinə sadiq gənclər yetişdirməyə xidmət edir

BDU-da “Ənənəvi dəyərlərin və ailə institutunun qorunması təhsil prosesində vacib amil kimi” mövzusunda konfrans keçirilib VİDEO

BDU-da “Ənənəvi dəyərlərin və ailə institutunun qorunması təhsil prosesində vacib amil kimi” mövzusunda konfrans keçirilib VİDEO

“Bitki sağlamlığı haqqında” Qanun layihəsinin ictimai müzakirəsi davam edir

“Caspian Agro” sərgisinin iştirakçısı: Şirkətimizin məqsədi bitki məhsullarının zərərli orqanizmlərdən mühafizəsidir

Vətəndaşlar azad edilmiş bu ərazilərə də şəxsi avtomobilləri ilə səfər edə biləcək VİDEO

Vətəndaşlar azad edilmiş bu ərazilərə də şəxsi avtomobilləri ilə səfər edə biləcək VİDEO

Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir

BMU-da “TəhsilPlus” kartı ilə bağlı müzakirələr aparılıb

“Zəkaların mübarizəsi” olimpiadasının final mərhələsi keçirilib VİDEO

“Zəkaların mübarizəsi” olimpiadasının final mərhələsi keçirilib VİDEO

Pakistanın dövlət naziri Kayani “Caspian Agro 2025” sərgisini ziyarət edib

Azərbaycanın oyun studiyaları üçün ilk qlobal inkubasiya proqramı keçirilir

“Sosial dialoq institutları üçün özünüqiymətləndirmə metodologiyası”na dair seminar keçirilir

Fond rəhbəri: Ölkədə fəaliyyət göstərən istehsalçıların və əkilən ərazilərin 98 faizi sığorta xidməti əldə edə bilər

Gəncədə “Sevənlərindir dünya” tamaşası təqdim olunub

Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqlar aparmaq üçün İstanbula gəlib

Ağalıda intensiv meyvə bağında ərik yığımından FOTOLAR  VİDEO

Ağalıda intensiv meyvə bağında ərik yığımından FOTOLAR VİDEO

Bakıda “Heydər Əliyev Kuboku-2025” beynəlxalq turnirinə start veriləcək

Misirin “Nile tv” kanalında Azərbaycana həsr olunmuş veriliş yayımlanıb

Qazaxıstan bu ilin I rübündə Azərbaycana 134,5 milyon dollarlıq mal ixrac edib

Mərkəz direktoru: Xəzər dənizi və daxili sularımızın mövcudluğu Azərbaycanda akvakulturanın inkişafına təminat yaradır

İstintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb

Ankarada Türkiyə və Ukrayna prezidentlərinin görüşü keçirilib

AQTA sədri qida sahəsində fəaliyyət göstərən sahibkarların müraciətlərini dinləyəcək

Zərərçəkmiş: Ermənistan ordusu tərəfindən beş nəfərdən ibarət ailə vəhşicəsinə qətlə yetirildi

Azərbaycanın peyk interneti platforması mükafata layiq görülüb

Pakistanın kənd təsərrüfatında müasir texnologiyalardan geniş istifadə edilir