İQTİSADİYYAT
Bu ilin birinci rübündə Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 402 milyon dollardan çox olub
Kiyev, 19 aprel, AZƏRTAC
Bu ilin yanvar-mart aylarında Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 402 milyon dollardan çox olub.
AZƏRTAC xəbər verir ki, həmin dövrdə Azərbaycan bu ölkədən 85 milyon 218 min dollarlıq məhsul idxal edib. Ölkəmizin Ukraynaya ixrac etdiyi məhsulun dəyəri isə 317 milyon 272 min dollar olub.
Xatırladaq ki, ötən il Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 922,5 milyon dollar olub. Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikincidir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev