CƏMİYYƏT
Bu ilin ilk 10 ayında DOST mərkəzlərində 788 min vətəndaşa xidmət göstərilib
Bakı, 25 noyabr, AZƏRTAC
Bu ilin yanvar-oktyabr aylarında DOST mərkəzlərində 788 min vətəndaşa xidmət göstərilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, 2019-cu ilin may ayından ölkəmizdə artıq 7 DOST mərkəzi açılıb. Həmin mərkəzlərdə 160 sosial xidmət “bir pəncərə”dən, müasir və çevik, şəffaf mexanizmlərlə, vətəndaş məmnunluğuna uyğun təqdim edilir.
DOST xidmətlərindən vətəndaş məmnunluğu 98,4 faiz təşkil edir.