Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bu ilin ilk 6 ayı ərzində icbari tibbi sığorta hesabına 379 çəpgözlük əməliyyatı icra olunub

Bu ilin ilk 6 ayı ərzində icbari tibbi sığorta hesabına 379 çəpgözlük əməliyyatı icra olunub

Bakı, 2 dekabr, AZƏRTAC

Çəpgözlük (strabizm) əməliyyatı icbari tibbi sığorta hesabına həyata keçirilir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2024-cü ilin ilk 6 ayı ərzində icbari tibbi sığorta hesabına 379 çəpgözlük əməliyyatı icra olunub. Əməliyyatın məqsədi xəstələrin görmə qabiliyyətini bərpa etmək və ya saxlamaqdır.

Uşaqlıq dövründə vaxtında aparılan konservativ müalicə tədbirləri və cərrahi əməliyyat görmə qabiliyyətinin bərpası və sosial həyat keyfiyyətinin artırılması üçün mühüm əhəmiyyət daşıyır. Əməliyyatın 3-5 yaşlarda icra edilməsi daha məqsədəuyğundur.

Çəpgözlük əməliyyatı müdaxilə olunan əzələlərin sayına görə dəyişir və 1-2 saat davam edə bilir. Sözügedən əməliyyat pasiyentin ümumi vəziyyətindən və yaşından asılı olaraq lokal və ya ümumi anesteziya altında icra olunur. Əməliyyat zamanı gözü hərəkət etdirən (ekstraokulyar) əzələlər tənzimlənərək gözlərin simmetrik vəziyyətə gətirilməsi təmin edilir. Prosedurdan əvvəl xəstənin vəziyyətinin qiymətləndirməsi üçün oftalmoloji müayinələr, tibbi göstərişə əsasən elektromioqrafiya, elektroensefaloqrafiya, ultrasonoqrafiya və lazımi hallarda MRT və ya KT kimi diaqnostik üsullar tətbiq olunur. Əməliyyatdan sonra tam bərpa orta hesabla 1-2 həftə (bəzən 4 həftəyədək) çəkir.

Əməliyyatdan əvvəl və sonra tələb olunan instrumental və laborator müayinələr, xəstəxanada yatış zamanı istifadə olunan dərman, tibbi sərf və qidalanma icbari tibbi sığorta tərəfindən təmin edilir.

Sözügedən xidmət icbari tibbi sığorta ilə TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində tibbi göstəriş və həkim təyinatına əsasən icra olunur.

Qeyd edək ki, çəpgözlük göz almalarının sinxron hərəkətləri həyata keçirə bilmədiyi patoloji haldır. Bu vəziyyət bir və ya hər iki gözün müxtəlif istiqamətlərə baxması ilə xarakterizə olunur. Çəpgözlük yalnız estetik deyil, həm də funksional çətinliklərə səbəb olur. Gözlərin müxtəlif istiqamətlərə baxması nəticəsində beyin hər iki gözdən fərqli görüntülər alır, beləliklə mərkəzi sinir sistemi ikili görmədən müdafiə olunmaq üçün çəp gözdən alınan görüntünü ləğv edir (binokulyar görmənin pozulması). Belə bir vəziyyət xüsusilə uşaqlarda uzun müddət mövcud olanda ambliopiya (göz tənbəlliyi) yaradır. Ambliopiya gözlərdən birinin görmə prosesində iştirak etməməsi ilə xarakterizə olunur. Oftalmologiyada ambliopiya görmənin birtərəfli zəifləməsinin aparıcı səbəblərindən biri kimi dəyərləndirilir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Milan”ın braziliyalı futbolçusu iki ay oynamayacaq

Ali Məhkəmə Plenumunun ötən ilin yekunlarına həsr olunmuş iclası keçirilib

Mali, Niger və Burkina Faso yeni “Sahel Dövlətlər Alyansı” pasportunu təqdim edəcək

Bakıda gənclərin iştirakı ilə kvant fizikasına həsr olunmuş forum keçirilib

® Türkiyənin nüfuzlu Koru Xəstəxanasının nümayəndələri ilə görüş keçirilib

“Azərpoçt” Şuşada poçt məntəqəsi açıb

“Qalatasaray”ın sabiq futbolçusu karyerasını bitirib

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2025-ci ilin fevral ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində keçirdiyi auditin nəticələrini açıqlayıb

Macarıstanda Azərbaycan evində Turizm və Mədəniyyət Günü keçirilib

® “Azercell” abunəçilərinə xəbərdarlıq edib

Ötən il Türkiyədə elektromobillərin sayı 1,3 dəfə artıb

“Məşğulluğa dəstək” layihəsinə cəlb olunan şəxslərə bizneslərini genişləndirmək üçün daha bir imkan

Güləş üzrə U-20 Azərbaycan çempionatı keçiriləcək

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın iclası keçirilib

Nazir müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Belarus Prezidenti 15 məhbusu əfv edib

Nizami Gəncəvinin türkcəyə tərcümə edilmiş “Sirlər xəzinəsi” əsəri Ankarada çapdan çıxıb

UNEC Özbəkistanın aparıcı elm və təhsil müəssisələri ilə strateji əməkdaşlıqlara imza atıb

Bahar Muradova Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

Hesablama Palatası “Bakı Metropoliteni”ndə audit aparıb

Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin ilk iclası olub

Fransa xəstəxanalarında acınacaqlı vəziyyət: insanlar növbədə ölürlər

Almaniyada miqrantlar tərəfindən daha bir cinayət hadisəsi törədilib

Qaxda insan alverinə qarşı mübarizəyə həsr olunan dəyirmi masa keçirilib

Tbilisidə ictimai nəqliyyat sərnişinlərə ödənişsiz xidmət göstərəcək

Nizami Kino Mərkəzində “Tağıyev” sənədli filminin təqdimatı olub

Çin Təkla-Məkan səhrasının yaşıllaşdırılması üzrə geniş layihəni başa çatdırıb

Baş nazir Əli Əsədov Belarusun Azərbaycandakı səfiri ilə görüşüb

Dünya İqtisadi Forumunun 4Sİ Mərkəzləri Şəbəkəsinin “Təsir Hesabatı” dərc olunub

Pakistan Prezidenti: Dost və qardaş ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edir

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Hakan Fidan: Aİ-yə üzvlük Türkiyə üçün strateji hədəf olaraq qalır

Səfir: İnanıram ki, Azərbaycan-Belarus münasibətləri bundan sonra da inkişaf edəcək

Kreml Putinin Trampla danışıqlara hazır olduğunu bəyan edib

Fırıldaqçılar “Telegram”a maskalanmış “Mamont” virusu göndərirlər

ADAU ilə "Agro Dairy" arasında əməkdaşlıq əlaqələri genişlənir

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ilk dəfə konsept trenajorda yarış keçirəcək

“İnsan kapitalı və təhsil” üzrə işçi qrup ötən ilin yekunlarını müzakirə edib

İtaliya saytı Azərbaycandakı Alban-Udi xristian icmasından yazıb

® Sadhquru, Qari Duqlas, Aleksey Sitnikovdan dərs aldı, 3000-dən çox tələbə yetişdirdi

Azərbaycanın və Türkiyənin parlamentləri arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb

“Gənc psixometrik” təcrübə proqramına qeydiyyat elan edilib

Azərbaycanda ilk dəfə qar voleybolu üzrə ölkə çempionatı keçiriləcək

“İRS” jurnalının ingilis dilində yeni nömrəsi işıq üzü görüb

DİN: 2024-cü ildə qanunsuz dövriyyədən 4714 kiloqram narkotik vasitə çıxarılıb

Hindistanda hərbi sursat zavodunda partlayış baş verib, azı səkkiz nəfər ölüb

Milli Məclisin Gənclər və idman komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib

Ding Tao: Çin Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir

® “Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu

Nazir: Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılmasında nəzərəçarpan irəliləyiş əldə edilib

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində 14 məsələyə baxılıb

Misli Premyer Liqası: “Zirə” səfərdə “Şamaxı”nı məğlub edib

Media: Trampın ilk təşəbbüsləri ABŞ hökumətinin fəaliyyətində xaos yaradıb

Prokurorluq Cənubi Koreya Prezidentinin həbs müddətinin uzadılmasını istəyir

Dalğıclar dənizdə batma təhlükəsi ilə üzləşən vətəndaşı xilas ediblər VİDEO

“ASAN xidmət”in “Gələcək üçün bacarıqlar” layihəsinin əhatə dairəsi genişlənir

Ötən il qrup halında baş verən cinayətlərin sayında azalma qeydə alınıb

KOBİA nümayəndələri Almaniyada keçirilmiş tədbirlərə qatılıb

Tennis üzrə Avstraliya Açıq çempionatında finalçılar bəlli olub

ADPU-da “Cəfər Cabbarlı. Seçmə dram əsərləri” kitabı təqdim edilib

Türkiyənin sabiq səfiri İrəvanı Azərbaycanla dialoqda Tbilisidən nümunə götürməyə çağırıb

Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib

“Sərhədsiz ginekologiya” mövzusunda beynəlxalq konfrans keçirilir

Braziliyada keçiriləcək COP30 inkişaf etməkdə olan ölkələrin iqlim maliyyəsi ehtiyaclarına həsr ediləcək

“Barselona” gənc müdafiəçisi ilə müqaviləni yeniləyib

Azərbaycan Bəstəkarlar İttifaqının XI qurultayı keçirilib

Braziliyalı hücumçu “Turan Tovuz”a keçib

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Göyçayda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb

Səudiyyə Ərəbistanının milli himninin yeni versiyasını alman bəstəkar yazacaq

İtaliyanın tanınmış klubu bir gündə iki transfer həyata keçirib

Ötən il Fransada 67 mindən çox uğursuz biznes qeydə alınıb

Banqkokda hava çirkliliyi səbəbindən məktəblər bağlanıb

Böyük Britaniyada üç uşağı öldürən yeniyetmə 52 il həbs cəzası alıb

® İnvestisiyalar, xarici bazarlar və rekrutinq problemləri: “Move Real Estate Forum” beynəlxalq daşınmaz əmlak sammitində danışılacaq mövzular

Almaniya Futbol İttifaqı milli komandanın baş məşqçisi ilə yeni müqavilə imzalayıb

Amerika alimlərinin dərs vəsaiti BMU kitabxanasında

bp “Qarabağ" neft yatağının işlənilməsi üçün SOCAR ilə müzakirə aparır

Energetika naziri Qobustanda vətəndaşlarla görüşüb

AMEA-nın müxbir üzvünün biblioqrafik göstəricisi çapdan çıxıb

Britaniya hökuməti “Rolls-Royce” ilə 11 milyard dollarlıq müqavilə imzalayıb

Azərbaycan Universiteti və Probasiya Xidmətinin işçi qruplarının görüşü keçirilib

Futbol mütəxəssisi: “Qarabağ”ın buraxdığı qollar qapıçının zəif çıxışının nəticəsi idi

BDU-nun İctimai Nəzarət Şurasının üzvləri və jurnalistlər imtahan sessiyasının gedişini izləyiblər

Vaşinqtonda 625 nəfərlik elit bunker tikiləcək

“Eovin” qasırğası Britaniya və İrlandiyada nəqliyyatın işini pozub

Orban: Rusiyaya qarşı sanksiyalar Macarıstana 19 milyard avro zərər vurub

Ötən il Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 29 faiz artıb

FKSB klubunun rəsmisi: “Qarabağ”la oyunda layiqli qələbə qazandığımızı desəm, yalan olar

® “Yaşıl” istiqrazlara abunə yazılışı davam edir

İrakli Kobaxidze: Gürcüstanda “Kanvas” inqilabı olmayacaq

Əlcəzair Ərəb Dövlətləri Liqası ilə BMT arasında strateji tərəfdaşlıq əlaqələri qurmağı təklif edib

Mərmərə Qrupunun sədri “Heydər Əliyevin 100 illiyi” medalına layiq görülüb

Bu il Cəbrayılda “Şəfəq” Günəş Elektrik Stansiyasının inşasına başlanılacaq

İrakli Kobaxidze: Sanksiyalardan ölkəmizə qarşı şantaj vasitəsi kimi istifadə olunurdu

Azərbaycan ilə Pakistanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb

Güclü qasırğa Britaniyada uçuşların ləğvinə səbəb olub

Saatlıdakı aqroparkda nar bağının ərazisi daha 100 hektar artırılacaq – mövsüm hazırlığı VİDEO

Rumıniyalı futbolçu: “Qarabağ”la oyunda bəxtimiz gətirdi

Kanat Bozumbayev: “Qara qutu”ların məlumatları əvvəllər internetdə dərc olunmuş informasiyadan fərqlidir