İQTİSADİYYAT
Bu ilin sonunadək “Şahdəniz-2” layihəsinin icrasına başlanacaqdır
Bakı, 25 sentyabr (AZƏRTAC). Cari ilin sonunadək Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” perspektiv yatağının işlənməsi layihəsinin ikinci fazasının icrasına başlanacaqdır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev jurnalistlərə müsahibəsində demişdir. Bu il “Şahdəniz-1” layihəsinin 15 ilinin tamam olduğunu bildirən R.Abdullayev ötən müddətdə Azərbaycanın neft strategiyasının özünü doğrultduğunu qeyd etmişdir. R.Abdullayev “Şahdəniz-2” layihəsinin Türkiyə və Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verəcəyinə ümidvar olduğunu söyləmişdir.
“Şahdəniz-2” layihəsi çərçivəsində Azərbaycanda illik qaz hasilatının 30 milyard kubmetrə çatacağı proqnozlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]