Bu ilin yanvar-aprel aylarında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 1499 nəfər cinayət məsuliyyətinə cəlb edilib

Bakı, 16 may, AZƏRTAC
Cari ilin yanvar-aprel ayları ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 1499 nəfər cinayət məsuliyyətinə cəlb edilib, onlardan 33-ü xarici ölkə vətəndaşıdır.
Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.
Bildirilib ki, məsuliyyətə cəlb edilmiş vətəndaşlardan ümumilikdə 329 kiloqram 616,125 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.
Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 78 fakt aşkarlanıb. Həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 878 kiloqram 036,802 qram və 4 min 263 həb metadon narkotik vasitə və psixotrop maddə və 13 min 155 ədəd həb güclü təsir edən maddə çıxarılıb.
Ümumilikdə aşkarlanmış cinayətlərin 79-u qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 851 kiloqram 627,833 maddə müsadirə edilib. 621 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 555 kiloqram 050,4 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2025 [20:26]
Azərbaycan Aktauda keçiriləcək beynəlxalq tibb konqresində iştirak edəcək
- 18.06.2025 [19:37]
Francesco Corvaro: İtaliya Bakı Platformasının fəaliyyətinə sadiqdir
- 18.06.2025 [19:19]
Azərbaycanda şəxsi avtomobillərdən istifadə artıb VİDEO
- 18.06.2025 [18:56]