Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu ilin yanvar-iyul aylarında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 4963 cinayət faktı aşkarlanıb

Bu ilin yanvar-iyul aylarında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 4963 cinayət faktı aşkarlanıb

Bakı, 17 avqust, AZƏRTAC

Cari ilin yanvar-iyul ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib.

Bu barədə AZƏRTAC-a İşçi Qrupundan məlumat verilib.

Bildirilib ki, hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 4963 cinayət faktı aşkarlanıb. Onlardan 1250-si narkotik vasitələrin qanunsuz satışı, 3613-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 97-si narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 3-ü bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 6 ton 223 kiloqram 519,057 qram narkotik vasitələrin və psixotrop maddələrin 5 ton 307 kiloqram 260,329 qramını marixuana, 257 kiloqram 073,146 qramını heroin, 124 kiloqram 912,418 qramını tiryək, 247 kiloqram 630,147 qramını həşiş, 125 kiloqram 541,94 qramını digər narkotik vasitələr və 161 kiloqram 101,077 qramını psixotrop maddələr təşkil edib. Bunlarla yanaşı, 34 min 983 həb metadon, 12 min 715 çətənə bitkisi, 29 həb psixotrop maddə, 4,5 qram və 276 güclü təsir edən, eləcə də 970,1 qram zəhərli maddələr aşkar edilərək götürülüb.

Hesabat dövründə Daxili İşlər Nazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1167,2 hektar sahədən yaş kütləsi 327 ton 716 kiloqram olan 3,960,601 yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.

Qanunsuz dövriyyədən çıxarılmış 6 ton 223 kiloqram 519,057 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 187 milyon 200 min manat kimi qiymətləndirilir.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 3282 nəfər cəlb edilib, onlardan 3188-i kişi, 94-ü qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 33-ü xarici ölkə vətəndaşıdır.

Məsuliyyətə cəlb edilmiş 33 xarici ölkə vətəndaşından ümumilikdə 385 kiloqram 433,185 qram və 974 həb müxtəlif növ narkotik vasitələr və 3 ədəd (880 qram) çətənə bitkisi götürülüb.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 114 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 606 kiloqram 095,682 qram və 20 min 930 həb metadon narkotik vasitə çıxarılıb.

Ümumilikdə aşkarlanmış cinayətlərin 134-ü qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 383 kiloqram 889,2 qram və 950 həb metadon narkotik vasitə və psixotrop maddə, eləcə də 4,8 qram güclü təsir edən maddə müsadirə edilib.

1785 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 1 ton 420 kiloqram 687,41 qram müxtəlif növ narkotik vasitə müsadirə edilib.

Təhlil göstərir ki, 2025-ci ilin yanvar-iyul ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkarlanan faktların ümumi sayı 251, narkotik vasitələrin qanunsuz satışı ilə bağlı faktların sayı 382, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 30, narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı faktların sayı 30, qrup halında olan cinayətlərin sayı 25 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 98, məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının sayı isə 31 nəfər azalıb. Həmçinin narkotik vasitələrin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 160, digər cinayətlərlə bağlı faktların sayı 1 fakt və qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 1 ton 274 kiloqram 046,039 qram artıb.

Ötən ilin yanvar-iyul ayı ilə müqayisədə 2026-cı ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış digər narkotik vasitələrin çəkisi 13 kiloqram 395,167 qram (9,7 faiz) azalıb.

Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 5 ton 307 kiloqram 260,329 qramını (85,2 faiz) marixuana təşkil edib. Onun da 4 ton 422 kiloqram 155,169 qramı (83,3 faiz) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olub. 885 kiloqram 105,16 qramı (16,6 faiz) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilib.

Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə cari il yanvarın 30-da və iyunun 11-12-də qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya tərəfindən ümumilikdə 1471 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 6 ton 013 kiloqram 620,899 qram, 162 759 həb müxtəlif növ narkotik vasitə, psixotrop maddə, 4745 həb, 240 paket güclü təsir maddələr, eləcə də 13 min 367 çətənə bitkisi aidiyyəti təşkilatların və media nümayəndələrinin iştirakı ilə yandırma üsulu ilə məhv edilib.

Eyni zamanda, hesabat dövründə qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyaların birgə təşkilatçılığı ilə 36 rayon və şəhərdə 957 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul olunmuş ümumi çəkisi 32 kiloqram 177,238 qram müxtəlif narkotik vasitələrin, psixotrop maddələrin, 131 çətənə bitkisi və 27 həb güclü təsir edən maddənin məhv olunması təmin edilib.

Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 54 min 434 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 3778 nəfərdən 1851-nin istifadəçi olması müəyyən edilib və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin olunub.

Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 258, QİÇS-lə Mübarizə Mərkəzində 288, Sumqayıt Narkoloji Mərkəzində 121 nəfər) 667 xəstə müalicə alır.

Cari ilin yanvar-iyul ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 548 vətəndaş müraciəti daxil olub ki, onların 77-si narkotik vasitələrin qanunsuz dövriyyəsi, 41-i narkotik asılılıqdan müalicə, 430-u isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəalarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd edilən müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 118 məktub ünvanlanıb.

“802” qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılıb və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.

"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na əsasən Dövlət Komissiyasının İşçi Qrupu ilə Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Milli Antidopinq Agentliyi və Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə birgə tədbirlər planının icrası istiqamətində cari ilin yanvar-iyul ayları ərzində Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarının nümayəndələrini cəlb etməklə ümumilikdə 219 tədbir (154 maarifləndirici və təşkilati tədbir, təlim, 65 maarifləndirici sosial aksiya) təşkil olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 3 nəfər ölüb

ABŞ Səudiyyə Ərəbistanına 5,75 milyard dollarlıq silah satışını təsdiqləyib

Tramp administrasiyası Yaxın Şərq üçün müharibədən sonrakı strategiya hazırlayır

PSJ Luis Enrike ilə müqaviləni uzadıb

Xaçmazda avtomobil bərbərxanaya çırpılıb, sürücü yaralanıb

ABŞ Prezidenti: Hörmüz boğazı tezliklə əvvəlki əhəmiyyətini itirə bilər

Şahbuzda qəzada xəsarət alanların vəziyyəti açıqlanıb

Səudiyyə mətbuatı Bakının tarixi və turizm imkanlarından yazıb

Hakerlər Berlin administrasiyasına aid 1,4 milyondan çox məlumatı internetdə yayıblar

Şahbuzda ağır yol qəzası olub, 3 nəfər ölüb

Tramp: ABŞ bəzi ölkələrlə ticarəti dayandıra bilər

Almaniyanın daxili işlər naziri elektrik şəbəkəsinə hücumların motivini iqlim ekstremizmi ilə əlaqələndirib

ABŞ-nin xüsusi elçiləri Moskvaya və Kiyevə səfər edəcəklər

FAO: Qlobal ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək həddə çatıb

Afrika dünya xəritəsinin yenilənməsini təklif edir: BMT-də “Correct the Map” təşəbbüsü

ABŞ Prezidenti: Çox yaxında Pikaks dağına zərbə endirə bilərik

Tramp: Putin NATO ərazisinə hücum etmək niyyətində deyil

Tramp İranla müharibəni hərbi münaqişə adlandırıb

İsrailin azad etdiyi daha dörd Livan vətəndaşı ölkəsinə qaytarılıb

Bakıda “IRONMAN 70.3” çərçivəsində “IRONKIDS” və “Fun Run” yarışları təşkil olunub

“Güzəştli mənzil” elektron sistemi vasitəsilə növbəti mənzil seçimi uğurla başa çatıb – Birgə məlumat

Premyer Liqa: “Kəpəz” evdə böyük hesabla məğlub olub

Fidan Hacıyeva – 30 il səhnədə: Yaxud “Azərbaycan Karmeni”nin hekayəsi – MÜSAHİBƏ

Azərbaycan güləşçisi Dünya Köçəri Oyunlarında gümüş medal qazanıb

“IRONMAN 70.3” yarışı ilə əlaqədar 13 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

İraqın neft ixracı ötən ay müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb

Fransada polislərin kütləvi etiraz aksiyası gözlənilir

Rusiya-Ukrayna müharibəsi Səudiyyə Ərəbistanının arpa tədarükünə ciddi təsir göstərir

Bakıda Tacikistanın dövlət müstəqilliyinin 35-ci ildönümü qeyd olunub VİDEO

Bakıda Tacikistanın dövlət müstəqilliyinin 35-ci ildönümü qeyd olunub VİDEO

Səfir: Azərbaycan-Tacikistan münasibətləri yüksək səviyyədədir VİDEO

Səfir: Azərbaycan-Tacikistan münasibətləri yüksək səviyyədədir VİDEO

Balakəndə ali məktəblərə qəbul olunan məzunlarla görüş keçirilib

Şəhid mayorun həyat yoldaşı: Şuşa kimi tarixi şəhərdə hər bir daş bizim milli irsimizin bir hissəsidir

Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb

MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub

Rəşad Nəbiyev: Azərbaycan ilə Tacikistan arasında nəqliyyat və rəqəmsal inkişaf sahələrində əməkdaşlıq genişlənir

Bu saata olan əsas xəbərlər

Premyer Liqa: “Qəbələ” doğma meydanda qələbə qazanıb

Vətən müharibəsi qazisi: Tarixi yaddaş yalnız adların hər hansı bir səthə yazılması ilə qorunmur

Professor: Süni intellektin inkişafı ilə ortopediya sahəsində çox sürətli irəliləyiş baş verir

Şəhid polkovnik Füzuli Cavadovun xatirəsi yad edilib

Cəmi 37 günə 9,2 kilometr yeni yol VİDEO

Cəmi 37 günə 9,2 kilometr yeni yol VİDEO

Fatih Birol: Neft və təbii qaz uzun illər istifadə olunmağa davam edəcək

Qazaxıstanlı ekspert: Azərbaycan Avrasiyanın nəqliyyat-enerji qovşağına çevrilir

Gürcüstanın xarici ticarət dövriyyəsi 5,8 faiz artıb

Avropada qaz anbarlarının doluluq nisbəti əvvəlki illərə görə xeyli aşağıdır

Memar: Şuşanın təbiətinə və tarixi-mədəni irsinə ehtiramla yanaşmaq hər kəsin borcudur

QHT sədri: Tarixi irsə hörmət hər bir ziyarətçinin məsuliyyətidir

Amerikalı jurnalist Qarabağa qayıtmış sakinlərlə görüşüb VİDEO

Amerikalı jurnalist Qarabağa qayıtmış sakinlərlə görüşüb VİDEO

Azərbaycanı İsveçrədəki turnirdə 5 taekvondoçu təmsil edəcək

Rəqabətli qiymətlərlə bərpaolunan enerji təmin edən ölkələr məlumat mərkəzlərinə investisiyaların cəlbində üstünlük qazana bilər

Sahibə Qafarova: Parlament diplomatiyası ölkələr arasında dialoq və əməkdaşlığa mühüm töhfə verir

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir – Füzuli Əliyev

Siyasi şərhçi: Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında iqtisadi bağlantıların əsas ünvanlarından biridir

Mingəçevir Dövlət Universitetində bakalavriat səviyyəsi üzrə qəbul planı 100 faiz dolub

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb: təbiətə 200 min manata yaxın ziyan dəyib

Fatih Birol: Qlobal enerji sistemi elektrik dövrünə qədəm qoyub

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

ŞƏT məkanı Azərbaycanın xarici ticarət əlaqələrində xüsusi əhəmiyyət daşıyır ŞƏRH

Tarixi mirası ucuz təbliğat vasitəsinə çevirməməliyik VİDEO

Tarixi mirası ucuz təbliğat vasitəsinə çevirməməliyik VİDEO

Bakı Metropoliteninin yeni stansiyasının “20 Sentyabr” adlandırılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakı Metropoliteninin yeni stansiyası “20 Sentyabr” adlandırılacaq

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Şirin Şahbazovla MÜSAHİBƏ VİDEO

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Şirin Şahbazovla MÜSAHİBƏ VİDEO

UNEC inklüziv ali təhsil modelini region universitetlərində tətbiq edir

İctimai Birlik sədri: Cıdır düzündə qaya üzərində yazıların yazılması qəbuledilməzdir VİDEO

İctimai Birlik sədri: Cıdır düzündə qaya üzərində yazıların yazılması qəbuledilməzdir VİDEO

Azərbaycanın yaratdığı yeni bağlantı sistemi Avrasiyanın iqtisadi xəritəsini dəyişir ŞƏRH

Riyaziyyatdan zəif şagirdin uğur hekayəsi: Sonra bütün qiymətlərim “5” oldu VİDEO

Riyaziyyatdan zəif şagirdin uğur hekayəsi: Sonra bütün qiymətlərim “5” oldu VİDEO

AQTA-da ərzaq bazarlarının sahibləri ilə görüş: qida təhlükəsizliyi tələbləri gücləndirilir

AYNA: 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

Ədliyyə naziri Yevlaxda vətəndaşların müraciətlərini dinləyib

Aqrar əməkdaşlıq Azərbaycan və Özbəkistan üçün geniş imkanlar açır – ŞƏRH

Bakıda Türk dünyası travmatoloq və ortopedlərinin beynəlxalq konqresinin açılışı olub VİDEO

Bakıda Türk dünyası travmatoloq və ortopedlərinin beynəlxalq konqresinin açılışı olub VİDEO

Azərbaycan-ŞƏT əməkdaşlığı siyasi, iqtisadi və nəqliyyat imkanlarını genişləndirir ŞƏRH

Gürcüstan gəncləri üçün Azərbaycanın ali təhsil imkanları təqdim ediləcək

Politoloq: Azərbaycanın ŞƏT çərçivəsində artan rolu ölkəmizin beynəlxalq nüfuzunu daha da gücləndirir

KOBİA sentyabrda sahibkarlar üçün keçiriləcək görüşlərin istiqamətlərini açıqlayıb

Ekspert: Azərbaycanın ŞƏT ilə əməkdaşlığında iqtisadi və logistika prioritetləri ön plandadır

Türk professor: Azərbaycan Avrasiyanın yeni geoiqtisadi xəritəsində “qovşaq ölkə” rolunu gücləndirir

Bakı Güləş Məktəbinə 47 yeni şagird qəbul edilib

Akademik Nailə Vəlixanlının əsərlərinin biblioqrafiyası nəşr edilib

Çinin Tibet bölgəsindəki daşqında ölənlərin sayı 31-ə çatıb VİDEO

Çinin Tibet bölgəsindəki daşqında ölənlərin sayı 31-ə çatıb VİDEO

Uşaqlarda mütaliə vərdişi ibtidai siniflərdən etibarən formalaşdırılmalıdır – təhsil eksperti

“Səyyar Gənclər Xidməti” bu dəfə Lerik gənclərini bir araya gətirib

Azərbaycan dili üzrə süni intellekt ekosistemi formalaşdırılmalıdır – Ekspert rəyi

“Real Madrid” iştirak ərizəsini açıqlayıb, fransalı futbolçu heyətdən kənarda qalıb

Memar: Daşa ad yazmaqdansa, həmin tarixi irsi qorumaq şəhidə daha böyük ehtiram əlamətidir VİDEO

Memar: Daşa ad yazmaqdansa, həmin tarixi irsi qorumaq şəhidə daha böyük ehtiram əlamətidir VİDEO

Tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi səhiyyənin inkişafı baxımından böyük əhəmiyyət daşıyır

Konqres Kitabxanasında Azərbaycan izləri: üç qadının əməyi - REPORTAJ  VİDEO

Konqres Kitabxanasında Azərbaycan izləri: üç qadının əməyi - REPORTAJ VİDEO

PISA 2025 tədqiqatının nəticələri sentyabrın 8-də açıqlanacaq

Qaya və divarlara həkk olunan yazılar: Xatirə, yoxsa vətəndaş məsuliyyətsizliyi...

ETSN-də görüş: ayıların kəndlərə və təsərrüfatlara yaxınlaşması məsələsi araşdırılıb

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Xarici dil üzrə fəlsəfə doktoru imtahanından müvəffəqiyyət qazananlara şəhadətnamələrin verilməsinə başlanıb

Çətin məsələ qarşısında nə etməli? – riyaziyyat müəllimindən şagirdlərə çağırış VİDEO

Çətin məsələ qarşısında nə etməli? – riyaziyyat müəllimindən şagirdlərə çağırış VİDEO

Qaxda Region Gənclərinin Məşğulluq Forumu çərçivəsində 130 vakansiya təklif olunub VİDEO

Qaxda Region Gənclərinin Məşğulluq Forumu çərçivəsində 130 vakansiya təklif olunub VİDEO

Baş prokuror paytaxtın Yasamal rayonunda vətəndaş müraciətlərini dinləyib

Azərbaycan-Qazaxıstan strateji münasibətlərinin inkişafı müzakirə olunub

M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır

Professor: “ŞƏT plyus” formatı Azərbaycanın balanslaşdırma siyasəti üçün imkanları genişləndirir

Hulusi Kılıç: Qarabağ Universiteti dünyanın ən yaxşı ali təhsil müəssisələri arasında layiqli yer tutacaq