Bu mövsüm İmişlidə ötən ildəkindən 3,5 dəfə çox barama istehsalı proqnozlaşdırılır
İmişli, 2 may, Mahir Babayev, AZƏRTAC
Bu il İmişlidə 15 ton barama istehsalı nəzərdə tutulub. Bu məqsədlə 390 qutu (7 min 410 qram) ipəkqurdu toxumu gətirilərək müqavilə bağlanılmış 134 kümçüyə paylanılıb.
Rayon Kənd Təsərrüfatı İdarəsindən AZƏRTAC-a bildiriblər ki, ötən il rayonda 3 ton 700 kiloqram barama istehsal olunub. İpəkçilər bu il istehsalı 3,5 dəfə artıraraq 15 tona çatdırmağı qarşıya məqsəd qoyublar. Bununla bağlı rayonda kümçülər üçün bütün zəruri şərait yaradılıb. İpəkqurdunun yem bazasını möhkəmləndirmək məqsədilə ötən il 37 min tut tingi gətirilərək ayrı-ayrı yaşayış məntəqələrində əkilib, mövcud çəkilliklərə qulluq göstərilib.
Respublikada ipəkçiliyin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər rayon baramaçılarının bu sahəyə marağını xeyli artırıb. Onlardan biri də Göbəktala kənd sakini Səxavət İsmayılovdur. O, ötən il 300 kiloqram barama istehsal edərək 2700 manat gəlir əldə edib. İpəkçi bu mövsüm 500 kiloqram məhsul istehsal etmək üçün kifayət qədər inkubasiya olunan ipəkqurdu toxumu götürərək bəsləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]