İQTİSADİYYAT
Bu yay “Nabucco-West” layihəsi üzrə qəti qərar qəbul ediləcəkdir
Bakı, 26 may (AZƏRTAC). Hazırda “Nabukko” konsorsiumunun səhmdarları “Şahdəniz” konsorsiumu ilə hər iki tərəfi razı sala biləcək variantın tapılması məqsədilə danışıqlar aparırlar.
AZƏRTAC «Nabucco Gas Pipeline International GmbH» konsorsiumunun məlumatına istinadla xəbər verir ki, konsorsium “Nabucco-West” layihəsi üzrə “Şahdəniz”in iştirakçılarından qəti qərarı cari ilin yayında alacağına ümid bəsləyir.
Xatırladaq ki, mayın 17-də “Nabukko” konsorsiumu “Şahdəniz” yatağının yenilənmiş “Nabucco-West” variantı əsasında işlənməsini təklif etmişdir. Yeni konsepsiyada Türkiyə-Bolqarıstan sərhədindən Mərkəzi Avropa sərhədinədək uzanacaq 1300 metrlik boru kəmərinin inşası nəzərdə tutulur. Boru kəməri əvvəldən Azərbaycan qazının nəqli üçün nəzərdə tutulmuşdu.
Hazırda layihənin iştirakçıları «OMV» (Avstriya), «FGSZ» (Macarıstan), «Bulgargaz» (Bolqarıstan), «Transgaz» (Rumıniya), «Botas» (Türkiyə) и «RWE» (Almaniyadır). Hər səhmdarın «Nabucco Gas Pipeline International GmbH» 16,67 faiz bərabər payı vardır.