ELM VƏ TƏHSİL
Buraxılış imtahanlarında iki nəfər ən yüksək bal toplayıb
Bakı, 1 aprel, AZƏRTAC
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 5-6-da keçirilmiş buraxılış imtahanlarında 2 nəfər - Bakı şəhəri 125 saylı məktəbin məzunu Ağazadə Nigar Əhədulla qızı və Bakı şəhəri 286 saylı məktəbin məzunu Orucov Nəcməddin Nəsimi oğlu məktəblərin məzunları maksimal olan 300 bal toplayıb.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən bildirilib. Qeyd olunub ki, imtahanlarda iştirakı nəzərdə tutulan 47726 nəfərdən 513 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 13 nəfərin nəticəsi ləğv olunub.