BURAXILIŞ İMTAHANLARININ MƏRKƏZLƏŞDİRİLMİŞ QAYDADA KEÇİRİLMƏSİ MÜSBƏT NƏTİCƏLƏR VERİR
Ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş qaydada test üsulu ilə keçirilən buraxılış imtahanları 2008-2009-cu tədris ilində respublikanın bütün orta məktəblərini əhatə edəcəkdir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, məktəblərdə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsi müsbət nəticələr verir. Bu zaman şagirdlər öz biliklərini tam şəkildə nümayiş etdirmək imkanına malik olurlar.
Əgər əvvəllər buraxılış imtahanlarında istifadə edilən test sualları məktəblərdə hazırlanırdısa, bu ildən müvafiq proqram əsasında mərkəzləşdirilmiş qaydada eyni səviyyəli test suallarının hazırlanması nəzərdə tutulmuşdur.
Ümumtəhsil müəssisələrində sınaq imtahanları tədris ili ərzində bir dəfə keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]