Burkina-Fasoda silahlı münaqişə nəticəsində 62 nəfər öldürülüb
Bakı, 4 aprel, AZƏRTAC
Burkina-Fasonun şimalında qəbilələr arasında silahlı münaqişə nəticəsində 62 nəfər öldürülüb.
AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, bu ölkənin daxili işlər naziri Simeon Savadoqo Mali ilə sərhəddə yerləşən Arbinda qəsəbəsində qəbilələr arasında silahlı münaqişədə 62 nəfərin öldürüldüyünü bildirib. Daha 9 nəfər silahlılar tərəfindən girov götürülüb.
Burkina-Fasoda silahlı münaqişə qəbilələrdən birinin dini lideri, onun oğlu və qardaşının qətlə yetirilməsindən sonra qızışıb. Nazir əlavə edib ki, 2015-ci ildən bəri bu ölkədə terror hücumlarının sayı artmaqda davam edir. Belə ki, ötən il dekabrın 27-də ölkənin Sourou ştatında terrorçuların hücumu nəticəsində 10 jandarm qətlə yetirilib.
Həmin insidentdən sonra ölkənin 13 inzibati vahidində fövqəladə vəziyyət elan olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [22:22]
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
- 09.06.2026 [22:13]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]