BÜTÜN DÜNYADAN 600-DƏN ÇOX BAĞBAN ÇELSİ GÜL ŞOUSUNDA İŞTİRAK EDƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, mayın 19-da Londonda açılan məşhur Çelsi Gül şousunda bütün dünyadan 600-dən çox bağban öz sənətinin bəhrələrini təqdim edəcəkdir.
Bu il artıq 86-cı dəfə sərgi keçirilən Çelsi Kral hospitalının ərazisində 22 iri və 22 kiçik bağ, o cümlədən daxili həyətlər və şəhər bağcaları üçün nəzərdə tutulmuş guşələri seyr etmək mümkün olacaqdır.
Sərgiyə gələnləri əsl gül dənizi qarşılayacaqdır - 100 bağban bu il yetişdirməyə nail olduğu ən gözəl güllərini təqdim edəcəkdir.
Şou iştirakçıları və qonaqlar öz həyətyanı və “mənzilyanı” sahələrinin abadlığı barəsində fikir, habelə konkret praktik təcrübə mübadiləsi apara biləcəklər. Sərgiyə gələnlərin ürəklərinə yatan bitkilərin toxumlarını, bağçılıq üçün bütün zəruri inventarı, habelə bağ üçün müxtəlif bəzək şeyləri - həm gipsdən hazırlanmış ənənəvi cırtdanlar, şirlər və quşlar, həm də daha müasir heykəllər və installyasiyalar almaq imkanı olacaqdır.
Kral bağçalıq cəmiyyətindən olan Gül şousunun təşkilatçıları xəbərdarlıq edirlər ki, konkret ideyalar axtarışında sərgiyə gələnlər çaşıb qalacaqlar, çünki bu il ən gözəl bağ müsabiqəsində Avropa və Avstraliya bağbanlarından başqa, Şri-Lanka, Yamayka, Cənubi Afrika Respublikası, Trinidad və Tobaqonun, Zimbabvenin ən yaxşı bağbanları iştirak edəcəklər.
Çelsi Gül şousu Böyük Britaniyada həm də ilin əsas kubar hadisələrindən biridir. Məsələn, sərgiyə dəvət olunmuş xanımlar “gül mövzusunda” öz şlyapaları ilə yenidən bir-birlərini heyrətə gətirəcəklər.
Şounun əsas hadisəsi isə, ötən illərdəki kimi, Böyük Britaniya kraliçası II Elizabetin və onun əri, Edinburq hersoqu Filippin sərgiyə təşrif gətirməsi olacaqdır. Britaniya qəzetləri kral iqamətgahlarının bağlarında II Elizabetin sadə paltoda və yaylıqda çəkilmiş fotoşəkillərini dəfələrlə dərc etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [22:00]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [21:44]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [20:53]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [20:40]
Bu saata olan əsas xəbərlər
- 08.06.2026 [20:00]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [19:09]
Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub
- 08.06.2026 [18:43]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:40]
Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ
- 08.06.2026 [18:33]
Serbiyanın idman naziri Azərbaycana gəlib
- 08.06.2026 [18:30]
® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib
- 08.06.2026 [18:29]
Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm
- 08.06.2026 [18:28]
Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub
- 08.06.2026 [18:26]
Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinterodan
- 08.06.2026 [18:18]
“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib
- 08.06.2026 [18:06]