BUXARADA MORFOLOQLARIN BEYNƏLXALQ KONQRESI OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, qədim Buxara şəhərində morfoloqların 9-cu beynəlxalq konqresi keçirilmişdir.
Azərbaycan, Rusiya, Belarus, Gürcüstan, Moldova, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan 200-dən çox nümayəndənin iştirak etdikləri beynəlxalq tədbirdin açılışı İbn Sinanın doğulduğu Afşona kəndindəki tibb kollecində olmuşdur.
Beynəlxalq Morfoloqlar Assosiasiyasının prezidenti Dmitri Bajenov bu sahədə olan yeniliklər haqqında məlumat vermişdir.
Konqresdə insan anatomiyasının klinik xüsusiyyətləri, kişi sonsuzluğunun əmələgəlmə səbəbləri və onun qarşısının alınması yolları, immun sisteminin ətraf mühitlə əlaqəsi, toxuma və hüceyrələrin vəziyyətinin təhlili, orqanların müdafiə xüsusiyyətlərinin morfoloji cəhətdən izahı kimi aktual məsələlər müzakirə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]