CARİ İLDƏ TOVUZUN 12 KƏNDİNƏ TƏBİİ QAZ VERİLƏCƏKDİR
Tovuz Qaz İstismarı İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, cari ildə rayonun daha 12 kəndinə təbii qaz verilişi bərpa olunacaqdır. Bu məqsədlə rayonda bir sıra tədbirlər görülür. Artıq rayonun Əlibəyli, Hacallı, Mülkülü, Cəlilli, Aşağı Mülkülü kəndlərində qaz xətlərinin təmirinə və məişət qaz sayğaclarının quraşdırılmasına başlanmışdır.
Yay aylarında bu kəndlərə təbii qazın verilməsinə başlanılacaqdır.