İQTİSADİYYAT
Cari ilin 8 ayında Azərbaycan və Bolqarıstan arasında ticarət dövriyyəsi 4,4 dəfə artmışdır
Bakı, 22 sentyabr (AZƏRTAC). Azərbaycan və Bolqarıstan arasında ticarət dövriyyəsi 2009-2010-cu illərdə 9 faiz, ixrac 6,3 dəfə, idxal 50 faiz artmışdır.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan-Bolqarıstan biznes forumunda demişdir.
Nazir bildirmişdir ki, cari ilin 8 ayında isə ölkələrimiz arasında ticarət dövriyyəsi 4,4 dəfə, ixrac 5 dəfə, idxal 52 faiz artmışdır.