Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Cari ilin 9 ayında 4 mindən çox ağırçəkili nəqliyyatın ümumi istifadədə olan yollarda hərəkətinə icazə verilib

Cari ilin 9 ayında 4 mindən çox ağırçəkili nəqliyyatın ümumi istifadədə olan yollarda hərəkətinə icazə verilib

Bakı, 24 oktyabr, AZƏRTAC

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirlıyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) qurumun mütəxəssisləri, ekspertlər və media nümayəndələrinin iştirakı ilə növbəti ictimai dinləmə keçirilib.

AYNA-dan AZƏRTAC-a bildirilib ki, budəfəki tədbir avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarına həsr olunub.

Qurumun İdarə Heyətinin sədr müavini Natiq Dadaşov bildirib ki, Azərbaycanda beynəlxalq yükdaşımalar sahəsində son illər aparılan əsaslı islahatlar ölkəmizin xarici ticarət əlaqələrinin daha da genişlənməsinə, rəqabət mühitinin yaxşılaşmasına, daşıyıcılarımızın fəaliyyəti üçün yaradılan münbit şərait sayəsində onların beynəlxalq bazarlara çıxışının daha da asanlaşmasına, xidmətlərin ixracına və ölkəmizə valyuta axınının çoxalmasına əhəmiyyətli dərəcədə təsir göstərib.

Tədbirdə bildirilib ki, respublika əhəmiyyətli avtomobil yollarının yenidən qurulması və bərpası, sərhəd-keçid məntəqələrinin buraxılış imkanlarının artırılması, Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumunun (BNF) Keyfiyyət Xartiyasını tətbiq etməsi, qurumda ölkəmizin artan nüfuzu və mövqeyi, “İcazə blankları”nın verilməsinin yeni qaydası bu inkişafda mühüm yer tutan amillərdəndir. Keyfiyyət Xartiyasının meyarlarından irəli gələn imkanlar Azərbaycan şirkətlərinin beynəlxalq daşımalar bazarında, xüsusilə Avropa istiqamətində rəqabətə davamlı olmalarına və bazar paylarının nəzərəçarpacaq dərəcədə artmasına şərait yaradıb.

Daha sonra Yük daşımaları departamentinin direktoru Sübhan Əbilov təqdimatla çıxışı zamanı qeyd edib ki, daşıyıcıların yeni bazarlara istiqamətləndirilməsi AYNA-nın əsas prioritetlərindəndir.

Bildirilib ki, son illər yükdaşıma fəaliyyəti həyata keçirilən ölkələrin sayı 51-ə çatdırılıb. Azərbaycan şirkətlərinin yükdaşımalar həyata keçirdiyi ən uzaq məsafədə yerləşən ölkələr Şərqdə - Çin və Monqolustan, Qərbdə isə Böyük Britaniyadır. BNF-in çoxtərəfli və çoxdəfəli icazələri ilə daşıyıcılarımız bütün Avropa ölkələrinə il ərzində məhdudiyyətsiz sayda yük daşıma həyata keçirə bilir, BNF üzvü olmayan ölkələrə daşımalar üçün ikitərəfli qaydada “İcazə blankları”nın mübadiləsi aparılır. Üçüncü ölkələr və üçüncü ölkələrdən beynəlxalq yük daşımaları sahəsində təxminən 4 dəfə artım qeydə alınıb. Məsələn, 2021-ci ildə Azərbaycan şirkətləri 3-cü ölkələrin ərazisindən 13 979 daşıma həyata keçirmişdisə, 2023-cü ildə isə bu göstərici artıq 42 min 627 olub. Bu ilin 9 ayı üzrə 3-cü ölkə daşımalarında milli daşıyıcılarımızın gəlirləri 340 milyon manatı ötüb.

Nəzərəçarpacaq dərəcədə artım ikitərəfli beynəlxalq yük daşımalarında da var. Azərbaycan daşıyıcılarının ikitərəfli yükdaşımalar bazarında payı 2021-ci ildə 39 faiz idisə (61 faiz xarici daşıyıcıların payına düşürdü), 2023-cü ildə bu göstərici 51,85 faiz təşkil edib. Bu rəqəmlərin konkret ölkələr üzrə bölgüsünə dair statistik məlumatlar da açıqlanıb.

İslahatlar başlayan dövrdə beynəlxalq yük daşımalarında 3 432 yük nəqliyyat vasitəsi istismar olunduğu halda, 2023-cü ildə artıq bu rəqəm 12 724 olub. Bu il ərzində həmin göstərici artaraq 13 600-ü ötüb. 2021-ci ildə 107 şirkət fəaliyyət göstərirdisə, hazırda beynəlxalq yükdaşımalarına buraxılış vəsiqəsi verilən hüquqi şəxslərin sayı - 324, fiziki şəxslərin sayı – 1680 təşkil edir.

İkitərəfli əsasda ölkələrlə mübadilə olunan “İcazə blankları”nın elektronlaşdırılması prosesi gedir, həmçinin bu blankların və rəqəmsal taxoqraf kartlarının alınması üçün müraciətlərin edilməsi xidmətləri də tam elektronlaşıb. 2021-ci ildə beynəlxalq yükdaşıma fəaliyyəti göstərən 357 sürücüyə rəqəmsal taxoqraf kartı verilmişdirsə, 2023-cü ildə AYNA tərəfindən 7371 nəfər sürücüyə bu kartların verilməsi təmin edilib.

Tədbirdə Azərbaycanın tranzit potensialının daha da artırılması istiqamətində əldə olunmuş uğurlara da toxunulub. Ölkəmiz üzərindən 2021-ci ildə xarici daşıyıcılar tərəfindən 99 672, yerli daşıyıcılar tərəfindən 9 643 olmaqla, cəmi 109 315 tranzit daşıma həyata keçirilib. 2023-cü ildə isə xarici daşıyıcılar tərəfindən 297 685, yerli daşıyıcılar tərəfindən isə 36 454 daşıma olmaqla, ümumilikdə 334 139 tranzit daşıma reallaşdırılıb. Burada xüsusilə Azərbaycan daşıyıcılarının ölkəmiz üzərindən keçməklə yerinə yetirdikləri tranzit daşımalardakı təxminən 4 dəfəlik artım qeyd olunmalıdır. Yükgöndərən və yükalan xarici ölkə sahibkarı olsa da, yükün milli daşıyıcımız tərəfindən daşınması bu sahədə yaradılan şəraitin yüksək effektivliyindən xəbər verir.

Qeyd olunub ki, AYNA müvafiq qaydada razılaşdırmaqla 2022-ci ildə 2373, 2023-cü ildə 4591 və 2024-cü ilin 9 ayı üzrə 4342 ədəd iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkətinə dair icazə verib. Ümumi istifadədə olan avtomobil yollarında yeni texnologiyaya əsaslanan elektron tərəzilərin quraşdırılmasına başlanılıb. Bu proses mərhələli şəkildə aparılır və ümumilikdə 31 yerdə 51 tərəzinin quraşdırılması planlaşdırılıb. Artıq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda 3 yerdə və Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda 1 yerdə olmaqla, 6 elektron tərəzinin quraşdırılması tamamlanıb. Elektron tərəzilərdən əldə olunan məlumatlar Monitorinq mərkəzidə toplanılır, emal edilir və qanunvericiliklə nəzərdə tutulmuş qaydada inzibati tənbeh tədbirlərinin görülməsində istifadə edilir.

AYNA tərəfindən beynəlxalq yük daşımalarında iştirak edən, eləcə də bu sahədə fəaliyyət göstərmək niyyəti olan şəxslərə dəstəyin göstərilməsi məqsədilə “Daşıyıcı bələdçisi” xidməti yaradılıb. Cari ildə beynəlxalq yük daşımaları ilə əlaqəli mövzularla bağlı 536 şəxsə AYNA-nın Yük daşımaları departamenti tərəfindən “Daşıyıcı bələdçisi” xidmətinin göstərilməsi təmin edilib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ukrayna nəşri: Prezident İlham Əliyevlə xalqın birliyi Böyük Zəfərin təminatı oldu

Alimlər yazının mənşəyinə dair yeni kəşfə imza atıblar

Vado Şakarişvili: Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi Cənubi Qafqaz regionu üçün mühüm hadisə oldu

Vyanada “Qarabağ – Böyük Qayıdış” adlı tədbir keçirilib

Avropa Liqası: “Fənərbağça” uduzub, “Ayaks” 5 cavabsız qolla qalib gəlib

Ağcabədidə Zəfər Gününə həsr olunmuş konsert təşkil edilib

Peru paytaxtı Limanın mərkəzində Azərbaycanın Zəfər Günü təntənəsi

Qazaxda Zəfər Gününə həsr olunmuş fləşmob təşkil edilib

ADNSU-da “Kibertəhlükəsizlik laboratoriyası” açılıb

Qurban Qurbanov: Zəfər Günündə bütün Azərbaycan bizdən qələbə gözləyirdi

Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

Sumqayıt Tibb Mərkəzinin əməkdaşları 8 minə yaxın ağac əkib

Avropa Liqası: “Qalatasaray” “Tottenhem”ə qalib gəlib, “Roma” Belçika klubu ilə heç-heçə edib

Avropa Liqası: "Qarabağ" əsas mərhələdə ilk qələbəsini qazanıb YENİLƏNİB-6

Medianın İnkişafı Agentliyində Vyetnamın Jurnalistika və Kommunikasiya Akademiyasının nümayəndə heyəti ilə görüş olub

Almaniyada hökumət böhranı davam edir

İşğaldan azad olunan ərazilərə köçürülən sakinlərdən artıq 3,5 minədək şəxsin məşğulluğu təmin edilib

YAP-ın təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib VİDEO

İçərişəhərdə və Qalada COP29 zamanı ziyarətçiləri nələr gözləyir?

Prezident İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə paylaşım edib

Bakıda “Meşənin pıçıltısı - səsin sehri” adlı sərgi açılıb

Humanitar Kollecdə 8 Noyabr - Zəfər Gününə həsr olunan konsert proqramı təqdim edilib

Avropa Liqası: “Budyo-Qlimt” və “Qarabağ”ın start heyətləri açıqlanıb

Milli Məclisin plenar iclasında 16 məsələ müzakirə olunub YENİLƏNİB

BDU ilə Vyetnamın Jurnalistika və Kommunikasiya Akademiyası əməkdaşlıq edəcək

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Zəfər Gününə həsr edilən tədbir keçirilib

Naxçıvanda şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçirilib

Bu il Azərbaycan 803 milyon dollarlıq yeyinti məhsulları ixrac edib

“AZIREX-2024” birgə taktiki təlimində iştirak edən heyətimiz Vətənə qayıdıb

Nehrəm qəsəbəsinin içməli su təchizatı yaxşılaşdırılıb

Vyetnamın Jurnalistika və Kommunikasiya Akademiyasının nümayəndə heyəti AZƏRTAC-da olub

Azərbaycan və MDB ölkələrinin internet göstәricilәrinin müqayisəli təhlili aparılıb

Qafqazşünaslıq İnstitutunda Zəfər Gününə həsr olunmuş dəyirmi masa keçirilib

Dövlət Statistika Komitəsində 8 Noyabr - Zəfər günü münasibətilə tədbir keçirilib

BDU-da Türkiyənin Üsküdar Universitetinin rektoru ilə görüş olub

® “Unibank” növbəti yaşıl maliyyələşməni həyata keçirir

Mərkəzi Bank və IFC COP29-da Dayanıqlı maliyyə taksonomiyaları üzrə qlobal tədbir təşkil edəcək

® “Azercell”dən Zəfər Gününə özəl təklif

Əlilliyi olan şəxslərin COP tədbirlərində daha geniş təmsil olunmasına dair müzakirələr aparılıb

Kürdəmirdə zəncirvarı yol qəzası olub, xəsarət alanlar var

Əmanətlərin Sığortalanması Fondunda Zəfər Günü münasibətilə tədbir keçirilib

Pedaqoji Universitetin tələbələri Zəfər Gününü qeyd ediblər

COP29 və qeyri-iş günləri ilə əlaqədar AYNA gücləndirilmiş iş rejimində çalışacaq

Dövlət Komitəsində müharibə veteranları ilə görüş keçirilib

® “Nar”ın sərfəli “TouristSIM” tarifləri ilə Azərbaycanı kəşf et!

Laçın və Zəngilanda İKT üzrə təqaüdlü təlimlər baş tutub

BDU-da “Əbədi qəhrəmanlar” adlı tədbir keçirilib

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi polis bölməsində olub

Türk dünyasının gücü birlikdədir - ŞƏRH

Azərbaycan Türk dünyasının bütövləşməsi prosesində lokomotiv rolunu oynayır ŞƏRH

Rumıniya mətbuatı Azərbaycan qazını Avropaya daşıyacaq layihədən yazıb

Naxçıvanda noyabr ayının pensiyaları ödənilib

Qarabağ Zəfərinin Türk dünyası ölkələrinin daha da yaxınlaşmasında çox böyük rolu oldu - ŞƏRH

Vahid aylıq müavinətə dair növbəti maarifləndirmə tədbiri keçirilib

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib VİDEO

AQTA sədri yem, yem əlavələri, baytarlıq preparatları və vaksinlərin istehsalı, ixracı və idxalı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşəcək

Mikrobiologiya İnstitutunda Zəfər və Dövlət Bayrağı günlərinə həsr olunmuş tədbir keçirilib

® “Kapital Bank”ın depozit lotereyasında 50 min manatın sahibi bəlli olub

İstanbulda “Zəfər bayramı” mövzusunda konfrans keçirilib

Daxili işlər naziri xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib

® “Kapital Bank” BMT-nin Qlobal Sazişinə qoşulub: Dayanıqlı inkişaf üçün yeni əməkdaşlıq

Zəfər Günü xalqımızın qürur mənbəyidir

Dünya dini liderləri Xankəndi və Şuşa ilə tanış olublar FOTO VİDEO

Əli Əhmədov: Azərbaycan bu Zəfəri ilə ədalətsizliyə qarşı mübarizə aparmağın mümkünlüyünü nümayiş etdirdi

COP29 çərçivəsində “Yaşıl şəhər nəqliyyatı” mövzusunda nazirlərin dəyirmi masası təşkil ediləcək

Kilian Mbappe Fransa millisinə dəvət almayıb

Agentlik məktəblərdə payız tətili günlərinin tarixini açıqlayıb

Qlobal ekoloji problemlərə dair yeni kitab çapdan çıxıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı, ixracı və idxalı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşüb

Tahir Budaqov: Zəfərimiz böyük tarixi-siyasi əhəmiyyəti ilə bərabər, həm də iqtisadi önəmə malikdir

YAP Sədrinin müavini: Hazırda dövlətçilik tariximizin ən möhtəşəm dövrünü yaşayırıq

Qərinələrə, əsrə bərabər dörd il

“Sualtı hücum xüsusi təyinatlı kursu"nun buraxılış mərasimi keçirilib

R.T. Orucovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin QƏRARI

Abşeron rayonunda Vətən müharibəsi şəhidləri yad edilir

Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin QƏRARI

“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan ilə İspaniya arasında COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib

“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Cəbrayıl şəhərində əmək yarmarkası keçirilib

S.Ə.Kərimiyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ədəbiyyat İnstitutunun Elmi şurasının iclasında bir sıra mühüm məsələlər müzakirə olunub

“Səttar Bəhlulzadə – təbiətin ecazkar nağılı” adlı sərgi açılıb

BDU-da esse müsabiqəsinin nəticələri açıqlanıb

Bakı, Sumqayıt və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödənilib

İçərişəhərdə “Əbədi Zəfər” adlı tədbir təşkil olunub

Zəfər Günü münasibətilə Ulu Öndərin və şəhidlərimizin məzarları ziyarət olunub

BMU tələbələrinə “TələbəPlus” kartları təqdim olunub

Akademik: COP29 iqlim problemlərini həll etmək üçün konkret addımlar atmağa imkan yaradır

Qloballaşan dünyada türk dövlətlərinin və xalqlarının birliyi ciddi zərurətə çevrilib ŞƏRH

Əfran İsmayılov: “Qarabağ” artıq avrokubok oyunlarında qol fürsətlərindən yararlanmalıdır

Rəqəmsal inkişaf və nəqliyyat naziri Neftçalada vətəndaşlarla görüşüb

Ədəbiyyat Muzeyində Zəfər Gününə həsr olunan elmi sessiya keçirilib

İstanbulda Türk dünyasının ilk ticarət sərgisi açılıb

Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib - Sərəncam

DSX-nin rəhbər heyəti Zəfər Günü ərəfəsində şəhid ailələrini ziyarət edib

COP29 çərçivəsində hamı üçün layiqli əmək və sosial müdafiə mövzuları geniş müzakirə olunacaq

A.A.Məmmədova “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Zəfər” futbol turnirinə yekun vurulub