CARİ İLİN YANVAR-APRELİNDƏ MAGİSTRAL NEFT VƏ QAZ KƏMƏRLƏRİ İLƏ DAŞIMALAR ARTMIŞDIR
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, 2008-ci ilin birinci rübündə yük daşınmasının artımında əsas rol oynamış magistral neft kəmərləri ilə 15,6 milyon ton neft nəql edilmişdir.
Nəqletmənin dörddə üç hissəsi Bakı-Tbilisi-Ceyhan ixrac neft kəməri ilə həyata keçirilmiş və ötən dövrdə Bakıdan 11,7 milyon ton neft ötürülmüşdür. Ümumilikdə, magistral neft kəmərləri ilə nəql edilmiş neftin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 32,2 faiz artmışdır.
Hesabat dövründə magistral qaz kəmərləri ilə 3,5 milyon ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 73,7 faiz çox qaz nəql edilmişdir. Nəql edilmiş qazın 27,8 faizi Bakı-Tbilisi-Ərzurum boru kəməri vasitəsilə həyata keçirilmişdir. Bu kəmər vasitəsilə 1,5 milyon kubmetr qaz ötürülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:00]
Azərbaycandan Fransaya məhsul ixracının dəyəri 17 dəfədən çox artıb
- 09.06.2026 [16:36]
® “Lexus RZ” – Elektrikli lüksün yeni erası VİDEO
- 09.06.2026 [16:21]
® Qızıl kreditini bu banka gətirənlərə endirim var
- 09.06.2026 [16:17]
Qazaxıstan və Azərbaycan maliyyə nəzarəti üzrə təcrübə mübadiləsi aparıb
- 09.06.2026 [15:58]
Aktiv ƏDV ödəyicilərinin sayı 4,2 faiz artıb
- 09.06.2026 [14:37]