Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cari ilin yanvar ayında 19 milyon 430 min AZN dəyərində narkotik vasitə və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb

Cari ilin yanvar ayında 19 milyon 430 min AZN dəyərində narkotik vasitə və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb

Bakı, 19 fevral, AZƏRTAC

Cari ilin yanvar ayı ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib.

AZƏRTAC narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2025-ci ilin yanvar ayının yekununa dair məlumata istinadla xəbər verir ki, hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 685 cinayət faktı aşkarlanıb. Onlardan 179-u narkotik vasitələrin qanunsuz satışı, 505-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, biri bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanan faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunan 750 kiloqram 328,026 qram narkotik vasitələrin və psixotrop maddələrin 681 kiloqram 035,96 qramını marixuana, 28 kiloqram 335,05 qramını heroin, 13 kiloqram 146,382 qramını tiryək, 9 kiloqram 230,5 qramını həşiş, 3 kiloqram 621,6 qramını digər narkotik vasitələr və 14 kiloqram 958,534 qramını psixotrop maddələr təşkil edib. Həmçinin, göstərilən dövr ərzində 1475 ədəd metadon qanunsuz dövriyyədən götürülüb.

Qanunsuz dövriyyədən çıxarılan 750 kiloqram 328, 026 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 19 milyon 430 min AZN kimi qiymətləndirilir.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 235 nəfər cəlb edilib. Onlardan 18-25 yaşadək 14 nəfər, 26-29 yaşadək 31 nəfər, 30 yaş və ondan yuxarı isə 190 nəfər təşkil edir. Həmin şəxslərdən 227-i kişi, 8-i qadındır. Cinayət məsuliyyətinə cəlb edilən şəxslərdən 7 nəfəri xarici ölkə vətəndaşıdır.

Məsuliyyətə cəlb edilən 7 xarici ölkə vətəndaşından 3-ü İran İslam Respublikası, 2-si Rusiya, biri Gürcüstan, biri isə Ukrayna vətəndaşı olub. Xarici ölkə vətəndaşlarından ümumilikdə 10 kiloqram 9,195 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.

Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 22 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 173 kiloqram 322,226 qram və 1475 həb metadon narkotik vasitə və psixotrop maddə çıxarılıb.

Ümumilikdə, aşkar edilən cinayətlərin 14 qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 194 kiloqram 732,81 maddə müsadirə edilib.

97 cinayət faktı əvvəllər məhkum olunan şəxslər tərəfindən törədilib və onlardan 283 kiloqram 321,7 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.

Təhlil göstərir ki, ötən ilin yanvar ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 413, qanunsuz satış ilə bağlı faktların sayı 137, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 277, qrup halında olan cinayətlərin sayı 13 fakt, narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı faktların sayı 7 fakt, qanunsuz dövriyyədən çıxarılan narkotiklərin çəkisi 80 kiloqram 693,581 qram, məsuliyyətə cəlb olunan şəxslərin sayı 226 nəfər, məsuliyyətə cəlb edilən xarici ölkə vətəndaşlarının sayı isə 3 nəfər azalıb. Bu kateqoriyadan olan digər cinayətlərin sayı bir vahid artıb.

Ötən ilin yanvar ayı ilə müqayisədə 2025-ci ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılan güclü təsirə malik narkotik vasitələrin o, cümlədən heroinin çəkisi 57 kiloqram 878,85 qram (67,1 faiz), tiryəkin çəkisi 2 kiloqram 958,494 qram (18,4 faiz), həşişin çəkisi 13 kiloqram 603,05 qram (59,6 faiz), psixotrop maddələrin çəkisi 8 kiloqram 119,957 qram (35,2 faiz) azalıb.

Müsadirə edilən müxtəlif növ narkotik vasitələrin 750 kiloqram 328,026 qramını (90,7 faiz) marixuana təşkil edib. Onun da 623 kiloqram 411,36 qramı (83 faiz) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olub. 57 kiloqram 624,6 qramı (7,6 faiz) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilib.

Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 2025-ci il yanvarın 28-də qanunsuz dövriyyədən çıxarılan və ya müsadirə olunan külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya tərəfindən 24 qərar əsasında barəsində məhvetmə qərarı qəbul edilən 5 ton 168 kiloqram 332,011 qram müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr yandırma üsulu ilə məhv edilib.

Yeni statistik hesabat formasına uyğun Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 7 min 859 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilən 431 nəfərdən 225 nəfərinin istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.

Cari ilin yanvar ayı ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 64 vətəndaş müraciəti daxil olub. Onların 2-si narkotik vasitələrin qanunsuz dövriyyəsi, 7-si narkotik asılılıqdan müalicə, 55-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəalarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və digər) bağlı olub. Qeyd edilən müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 9 məktub ünvanlanıb.

“802” qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılıb və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək, zəruri tövsiyələr verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Brexit” Britaniya biznesinə illik 37 milyard funt sterlinqə başa gəlir

ABŞ-da atışma nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb

Sabah Şərur rayonunun bir sıra kəndlərinə qaz təchizatı dayandırılacaq

Filippində itkin düşən alman turistlər tapılıb

Fransada irqçilik və faşizmə qarşı nümayişlər başlayıb

Cənubi Koreyada meşə yanğınında 2 yanğınsöndürən həlak olub

Berlində neonasistlərin aksiyasında 20-dək iştirakçı saxlanılıb

Strasburqda Novruz bayramı muğam konserti ilə qeyd olunub

ABŞ “Qızıl Qübbə” müdafiə sistemi hazırlayır

Putin Vuçiçlə mayın 9-da Moskvada danışıqlar aparacaq

Nigerdə məscidə hücum nəticəsində 44 nəfər öldürülüb

Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

Papa Fransisk 38 gün sonra ictimaiyyət qarşısına çıxacaq

İmişlidə 82 yaşlı qadın kanalda boğularaq ölüb VİDEO

Naxçıvanda dönərxanada kütləvi qida zəhərlənməsi baş verib

İki kiloqram quzu əti qiymətinə satılan quzuqarnı - Şabrandan REPORTAJ VİDEO

Mingəçevir teatrı Novruz bayramında uşaqları yeni səhnə əsəri ilə sevindirib

“Novruz 2025” düşərgəsindən 700-ə yaxın təhsil işçisi və tələbə faydalanacaq

Tbilisinin mərkəzində Novruz şənliyi təşkil olunub

Xalq yazıçısı Süleyman Rəhimovun anadan olmasının 125 illiyi münasibətilə virtual kitab sərgisi hazırlanıb

ADY-də çirkli suların təkrar istifadəyə verilməsi necə həyata keçirilir?

Bu kənddə at yarışları el bayramına çevrilir

"Roma" almaniyalı müdafiəçi ilə müqaviləni uzatmayacaq

İngiltərə millisinin futbolçusu tarixə düşüb

Naxçıvanda Novruz bayramı ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib VİDEO

AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib

Hitrou hava limanı fəaliyyətini tam bərpa edib

Baş Dövlət Yol Polisi İdarəsi: İki gün ərzində 12 yol-nəqliyyat hadisəsi qeydə alınıb

ADSEA Naxçıvanda tədbir keçirib

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq-PROQNOZ

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri bu gün ikinci dəfə ifadə verib

Londonda yaşayan azərbaycanlı cərrah: Yaxşı həkim olmaq üçün bilik kifayət deyil - MÜSAHİBƏ

Əfsanəvi boksçu 76 yaşında dünyasını dəyişib

Milli Qəhrəman Vəzir Orucovun xatirəsi anılıb

“Cultural Dinner” tədbirində Azərbaycan mətbəxi və mədəniyyəti təşviq olunub

Azərbaycan mətbəxi Vyetnamın ilk barbekü festivalında təqdim olunur VİDEO

Yanvar-fevral aylarında sosial sahə ilə bağlı 4,6 milyon müraciət edilib

Bakıda lombarda basqın edərək işçiləri ölümlə hədələyən maskalı şəxs saxlanılıb VİDEO

Türkmənistan prezidenti Azərbaycan stendi ilə tanış olub

Qar uçqununda həlak olan hərbi qulluqçu Rüstəm Həmidov Bərdədə torpağa tapşırılıb VİDEO

Gədəbəydə qar uçqununda həlak olan əsgər Əli İmanov Sabirabadda dəfn edilib VİDEO

NBA: “Finiks Sanz” qalib gəlib, "Denver Naqqets" məğlub olub

Lvovda daun sindromlu uşaqlara bayram sovqatı paylanılıb

Almaniyada Əyalət Nümayəndələri Şurası 500 milyard avroluq maliyyə paketini təsdiqləyib

Trend Aleksandr-Arnold "Liverpul"un yeni müqavilə təklifindən imtina edib

Alatavada fərdi ev yanıb, bir nəfər xəsarət alıb

Bu gün Xalq artisti Lütfəli Abdullayevin doğum günüdür

Narkotik vasitənin təsiri altında motosiklet idarə edən daha bir sürücü həbs edilib

Vüsal Qasımlı Taylandda qlobal beyin mərkəzləri tədbirində çıxış edib

Leyla Əliyevanın təşəbbüsü ilə Xızı rayonunda uşaqlar üçün Novruz şənliyi keçirilib

Polis ötən gün 18 avtomat, 3 tapança və 5 tüfəng aşkar edərək götürüb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb

Azərbaycanın U-21 millisi bu gün Moldova ilə qarşılaşacaq

Naxçıvan şəhərinin bir sıra ərazilərində içməli suyun verilişi dayandırılıb

Salyanda yol qəzası olub, piyada ölüb

Dünya çempionatının seçmə mərhələsində Avropa zonası üzrə ilk oyunlar keçirilib

Azərbaycan Prezidentinin tapşırığına əsasən FHN Qırğızıstana maddi-texniki yardım göndərib VİDEO

Azərbaycan Prezidentinin tapşırığına əsasən FHN Qırğızıstana maddi-texniki yardım göndərib VİDEO

Azərbaycan millisi bu gün Haiti ilə yoldaşlıq oyunu keçirəcək

DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib VİDEO

DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib VİDEO

Yağıntılı hava şəraiti davam edir- FAKTİKİ HAVA

Astronomlar ən uzaq qalaktikada oksigen aşkarlayıblar

Dünyanın ən qədim insan üzünün fraqmenti tapılıb

Britaniya hərbi bazasına hücum planlaşdıran şəxs 37 il müddətinə həbs edilib

İsveçdə vətəndaşlığın alınması qaydaları sərtləşdirilir

Böyük Britaniya Ukraynada mümkün sülhməramlı qüvvə planlarını sürətləndirəcək

Astanada genişmiqyaslı Novruz şənlikləri keçirilib

İraqın İstanbuldakı Baş konsulluğuna silahlı hücum olub

Üzeyir Hacıbəylinin 140 illik yubileyi: “Arşın mal alan” operettası Vyanada yenidən səhnəyə qoyulacaq

Qazaxıstanda Xəzər dənizinin dibindən optik lifli rabitə xəttinin inşası müzakirə edilib

Böyük Britaniya günəş panellərinə 260 milyon dollar sərmayə qoyacaq

Türkiyə Müdafiə Nazirliyi: Müttəfiqlər bir-birinə qarşı sanksiya tətbiq etməməlidir

Hitrou hava limanı fəaliyyətini qismən bərpa edib

Səudiyyə Ərəbistanı, BƏƏ, Oman və Küveyt neft hasilatını azaldacaqlar

BMT komissiyasında Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edilib

İstanbulun Bahçeşehir Universitetində Novruz bayramı qeyd edilib

Misir ildə 2 milyard kilovatsaat enerji istehsal edəcək Külək Elektrik Stansiyasını işə salır

Xaçmazda qaz xətti zədələnib, 13 kəndin mavi yanacaqla təminatında fasilə yaranıb

Görmə məhdudiyyətli uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Türkiyə millisinin heyətində dəyişiklik edilib

Türkiyənin ən böyük neft yatağında hasilat həcmi sutkada 80 min barrelə çatır

Hələbdə 3 milyon psixotrop “Captagon” həbi müsadirə edilib

İsveçin “Diplomatic World Sweden” internet nəşrində Novruz bayramı ilə bağlı məqalə dərc olunub

ADSEA: Xırdalan şəhərinin su təchizatı dayandırılıb

Gürcüstanın Baş naziri: Ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın ənənəvi səmimi və mehriban qonşuluq münasibətlərinin təzahürüdür

Özbəkistan Prezidenti: İkitərəfli münasibətlərimizin strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlməsi bizi sonsuz sevindirir

İran Prezidenti: Ümid edirəm ki, yeni il ölkələrimizin dost münasibətlərinə müstəsna transformasiya gətirəcək, xalqlarımızın rifah və firavanlığına xidmət edəcək

Gürcüstanın Baş naziri İrakli Kobaxidzedən

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiandan

Ukrayna millisinin üzvü yaşıl meydanlardan bir ay uzaq qalacaq

ABŞ altıncı nəsil döyüş təyyarəsinin istehsalına başlayır

Azərbaycan gənclərindən ibarət nümayəndə heyəti Aktauda beynəlxalq forumda iştirak edib

Lionel Messi "Barselona"ya qayıda bilər

İsveçdə iki italiyalı turist qar uçqunu nəticəsində həlak olub

Si Cinpin: Çin-Azərbaycan strateji tərəfdaşlıq münasibətləri dinamik şəkildə inkişaf edir, siyasi qarşılıqlı etimad möhkəmlənir

Çin Xalq Respublikasının Sədri Si Cinpindən

Haiti millisinin baş məşqçisi: Azərbaycan yığması yaxşı komandadır

Qazax teatrı Novruz bayramına həsr olunan tamaşa təqdim edib

Parisdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsinin 54-cü yüksək səviyyəli iclası keçirilib

Sudan ordusu paytaxtda bir neçə hökumət binasına nəzarəti ələ alıb