“CASPİAN ENERGY” JURNALININ DOQQUZ YAŞI TAMAM OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, mayın 28-də 1999-cu ildən nəşr olunan və dünyanın 30 ölkəsinə yayılan “Caspian Energy” jurnalının doqquz yaşı tamam olur.
Xəzər regionunda həyata keçirilən enerji və nəqliyyat, eləcə də MDB ölkələrində metallurgiya və maşınqayırma layihələrini əhatə edən beynəlxalq nəşr kimi nəzərdə tutulan jurnal hazırda dinamik inkişaf edərək, sanballı informasiya-analitik nəşrə çevrilmişdir. Jurnalda dövlət başçılarının, nazirlik və idarələrin, iri beynəlxalq holdinqlərin rəhbərləri ilə məxsusi müsahibələrə geniş yer verilir. Azərbaycan istehsalçılarının və onların nəşrdə geniş yer almış məhsullarının təbliğində “Caspian Energy” jurnalının xidmətləri şəksizdir.
Hazırda jurnalın əlavələri - “Caspian Energy Finance”, “Caspian Energy Telekom” da dərc olunur. Payızda jurnala daha bir əlavənin - “Caspian Energy Construction”un nəşrinə başlanacağı planlaşdırılır. Əlavə edək ki, jurnalın 9-cu ildönümündə “Caspian Energy”nin 51-ci nömərəsi işıq üzü görəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]