Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cavanşir Feyziyev: Bu soyqırımı təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa yönəlmiş ən ağır cinayətdir

Cavanşir Feyziyev: Bu soyqırımı təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa yönəlmiş ən ağır cinayətdir

Bakı, 25 fevral, AZƏRTAC

BMT-nin statistikasına görə, yalnız XX əsrdə baş vermiş müharibələrdə 100 milyondan artıq insan həlak olub. Elə yaşadığımız XXI əsrin də bircə günü belə savaşsız ötüşməyib. Bu müharibələrin içində öz qəddarlığı və insanlığa sığmayan əməlləri ilə fərqlənən elə cinayət aktları var ki, onlara heç zaman və heç cür haqq qazandırmaq mümkün deyil. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Qarabağ regionunda yerləşən Xocalı şəhərində törədilmiş kütləvi qətliam da məhz həmin cinayət aktlarından biridir. Xocalı soyqırımı Qarabağ müharibəsinin ən qanlı səhifələrindəndir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisinin deputatı Cavanşir Feyziyev deyib.

Deputat qeyd edib ki, sovet dövrünün son 10 illiyində ölkədə baş verən qarışıqlıqdan istifadə edən ermənilər çökməkdə olan imperiya mərkəzinin köməyi ilə yenidən Ermənistanda etnik təmizləmə siyasəti aparmaqla özlərinin “böyük Ermənistan” xülyasını gerçəkləşdirmək fikrinə düşmüşdülər. 1988-ci ildə hələ də Ermənistan ərazisində yaşayan 300 mindən çox azərbaycanlı silah gücünə Ermənistandan qovuldu. Ermənistan ərazisində azərbaycanlıların yaşadıqları bütün əraziləri etnik təmizləməyə məruz qoyduqdan sonra daha da həvəslənən ermənilər Azərbaycanın keçmiş Dağlıq Qarabağ vilayətinin Ermənistana birləşdirilməsini tələb etməyə başladılar.

1991-ci ilin 18 oktyabrında Azərbaycan Müstəqillik Aktını qəbul etməklə 70 illik sovet əsarətinə son qoydu. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi və dərhal dünyanın mütərəqqi ölkələri ilə tarixi siyasi-iqtisadi əlaqələrini bərpa etməyə başladı. Baş verənlər əslində imperiya mərkəzi üçün bütün Qafqazın itirilməsi demək idi. Buna yol verməməkdə israrlı olan imperiya mərkəzi Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətinə dəstək vermək yolunu tutdu.

C.Feyziyev bildirib ki, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə birləşmiş rus-erməni silahlı qüvvələri Xocalıya hücum edərək soyqırımı törətdi. Soyuq fevral gecəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 1275 nəfər əsir götürüldü, 150 nəfər isə itkin düşdü. Öldürülən uşaqların, qocaların, qadınların cəsədləri tanınmaz hala salınmışdı. Xocalının mühasirəyə alınaraq mülki əhalinin şəhəri tərk etməsinə imkan verilməməsi ermənilərin soyqırımı törətdiyini sübut edir. Bu soyqırımı aktı təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə, beynəlxalq sülhə qarşı törədilmiş ən ağır cinayətdir. Xocalı faciəsi yalnız Azərbaycanı yox, dünyanın bütün ölkələrində bu faciədən xəbər tutan bütün insanları sarsıtmışdı.

“Əslində, Xocalı qətliamı ondan iki il əvvəl Sovet imperiyası tərəfindən Bakıda törədilmiş Qanlı 20 Yanvar faciəsinin davamı idi. Qafqazın itirilməsini heç cür qəbul edə bilməyən rus imperiyası Qarabağın işğalına göstərdiyi həm mənəvi, həm də hərbi –siyasi dəstəklə yenicə müstəqilliyini bərpa etmiş Azərbaycana öz gücünü nümayiş etdirirdi. 1994-cü ildə yaradılmış ATƏT-in Minsk qrupu bu münaqişəni sülh yolu ilə həll etmək missiyasını öz üzərinə götürdü. O illərdə Azərbaycan ədalətin bərpa olunması, ölkənin 20 faizə yaxın işğal olunmuş ərazisinin azad edilməsi və bir milyondan çox qaçqın və məcburi köçkünün öz yurdlarına qaytarılması üçün dünya xalqlarının və dövlətlərinin, eləcə də beynəlxalq qurumların – BMT-nin, Avropa İttifaqının, ATƏT-in Minsk qrupunun ədalətli münasibətinə ümid bəsləyirdi. Lakin dünyanın ən böyük güc mərkəzləri hesab olunan ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdiyi Minsk qrupu 30 ilə yaxın müddət ərzində Azərbaycan torpaqlarının erməni işğalından azad olunması üçün heç bir əməli addım atmadı. Bu onu göstərir ki, müasir dünya siyasətində qlobal güclərin və onlara xidmət edən ayrı-ayrı dairələrin maraqları beynəlxalq ədalət və beynəlxalq hüquq normalarından üstün tutulur.

Bu həqiqəti dərk edən Azərbaycan xalqı nəyin bahasına olursa-olsun Xocalı qatillərini cəzalandırmaq və işğala son qoymaq məqsədi ətrafında bir yumruq kimi birləşdi. Beynəlxalq təşkilatların, Ermənistanın işğalçılıq siyasətini gizli şəkildə dəstəkləyən bir sıra dövlətlərin təzyiqlərinə və təhdidlərinə baxmayaraq, Dəmir yumruq Qarabağımızda kök salmış şər yuvasının başına endirildi. 2020-ci ilin 44 günlük Vətən müharibəsi erməni işğalına birdəfəlik son qoydu. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu gün Qarabağın və Şərqi Zəngəzurun bütün ərazisində Azərbaycan bayrağı qürurla dalğalanmaqdadır.

Bu gün Xocalı soyqırımının ildönümüdür. Doğrudur, xalqımız bu tarixin kədərini yaşamaqla bərabər həm də alınmış qisasın qürurunu yaşayır. Amma Xocalıda vəhşiliklə qətlə yetirilmiş soydaşlarımızın qisası alınmış olsa da tariximizin bu faciəli səhifəsini bir an belə unutmaq olmaz”, - deyə deputat bildirib.

C.Feyziyev qeyd edib ki, hələ 1994-cü il fevralın 24-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etmişdi. Ümummilli Liderin 1997-ci il 25 fevral tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsi hər il fevral ayının 26-sı saat 17:00-da bütün ölkə ərazisində keçirilən sükut dəqiqəsi ilə yad edilir. Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. Xocalı faciəsinin qurbanlarını yad edərkən Prezident İlham Əliyev bu hadisəni belə səciyyələndirmişdi: “Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir”.

Deputat deyib: “Erməni işğalı və Xocalı faciəsi ilə bağlı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması bu gün də davam etdirilir. Bu faciənin geniş miqyasda tanıdılması üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən dünyanın yüzdən artıq ölkəsində “Xocalıya ədalət” beynəlxalq kampaniyası həyata keçirilir. Kampaniya çərçivəsində dünyanın bir çox ölkəsində Xocalı faciəsinə həsr olunmuş tədbirlər təşkil edilir, 30 il ərzində Ermənistan tərəfindən Azərbaycana qarşı yürüdülmüş işğalçılıq siyasəti haqqında əsl həqiqətlər beynəlxalq ictimaiyyətə çatdırılır. Bu günədək 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyib. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər təşkil edilir. Kampaniyanın Xocalı faciəsini soyqırım aktı və insanlığa qarşı cinayət kimi tanımaq tələbini irəli sürən müraciətini artıq bütün dünyada on minlərlə insan imzalayıb. Xocalı faciəsinin soyqırımı və ya insanlığa qarşı cinayət kimi tanınması haqqında bir çox ölkələrdə parlament aktları qəbul olunub. Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilib. Xocalı soyqırımı ABŞ-ın 30-dan çox ştatının qanunvericilik qurumları və qubernator bəyanatları səviyyəsində tanınıb. Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən edib. Artıq torpaqlarımız işğaldan azad edilib, bütün ərazilərimiz üzərində suverenliyimiz təmin olunub. Lakin Xocalı faciəsi yaddaşlardan silinməyib və bu faciə heç vaxt unudulmayacaq. Çünki bu bizim tariximizin qan yaddaşıdır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qarşıdakı yüz ildə 500-dən çox quş növü yoxolma təhlükəsi ilə üzləşə bilər

Nikol Heyjan İsa: Azərbaycan müstəmləkəçilikdən əziyyət çəkənlərin səsini dünyaya çatdırır

Modriç klublararası dünya çempionatından sonra “Milan”la müqavilə imzalayacaq

Kürdəmirdə fövqəladə halların nəticələrinin aradan qaldırılmasına dair məsələlər müzakirə edilib

II və III ixtisas qrupları üzrə qəbul imtahanı verəcək abituriyentlərin nəzərinə

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün FƏALİYYƏT PLANI

“Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 199-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Agentlik: İxrac boru kəmərlərinin təhlükəsiz fəaliyyəti tam təmin olunub

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Postmüharibə dövründə şəhid ailələrinin üzvləri və müharibə veteranları olan 27 min şəxsin məşğulluğuna dəstək göstərilib

“Sumqayıt” bir yerli, iki legioner futbolçusu ilə vidalaşıb

Ağdaşda ictimai dinləmə keçirilib

İranda İsrailin xeyrinə casusluqda ittiham edilən üç nəfər edam olunub

Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Zaqreb Milli və Universitet Kitabxanasını ziyarət edib

Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb

FIFA Antonio Rüdigerin irqçiliyə məruz qalması iddiası ilə bağlı araşdırma aparır

Sabah Azərbaycanda havanın temperaturu 36 dərəcəyədək yüksələcək

Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Azərbaycan ilə Xorvatiyanın mədəni və yaradıcı sənaye nümayəndələri arasında əməkdaşlıq görüşləri keçirilib

Avtovağzallar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Türkiyəli professor: Metsamor AES Türkiyə üçün ən böyük radiasiya riski daşıyır

İranəsilli ABŞ vətəndaşları Azərbaycanın dəstəyi ilə təxliyə edilib FOTO

Ceyhun Sultanov: Mahir Emrelinin 2-ci Bundesliqa üçün yaxşı keyfiyyəti var

Aviaşirkətlər karbon emissiyasının azaldılması texnologiyasını tətbiq edir

NATO yaxın illərdə də Ukraynanı dəstəkləmək niyyətindədir 

“Qarabağ”ın albaniyalı futbolçusu gələcək karyerası ilə bağlı fikirlərə aydınlıq gətirib

Dövlət Əmək Müfəttişliyi Xidməti növbəti beynəlxalq mükafata layiq görülüb

Bakı Təşəbbüs Qrupu və MİR Qvadelup arasında əməkdaşlığa dair Memorandum imzalanıb

COP29-un İqlim üzrə gənclər çempionu London İqlim Həftəsində İqlim Maliyyəsinə Əlçatanlığın Sürətləndirilməsi müzakirələrində iştirak edib

Azərbaycanın şanlı tarix yazan Silahlı Qüvvələri - ŞƏRH

İran parlamenti AEBA ilə əməkdaşlığın dayandırılması haqqında qanun layihəsini təsdiq edib

AQTA sədri Abşeronda vətəndaşların müraciətlərini dinləyəcək

Qvadelup bələdiyyə məclisinin üzvü: Fransadan uzaqlaşıb bütün sahələrimizi yenidən qurmalıyıq

Türkiyədə il ərzində 1 milyon turist hava şarı ilə səyahət edib

İyunun 29-da Azərbaycan dili fənni üzrə növbəti imtahan keçiriləcək

Sərhədyanı rayonların sakinləri ilə maarifləndirici görüşlər keçirilib

DİN vətəndaşlara kiberdələduzluq halları ilə bağlı çağırış edir

ABŞ-da ordinaturaya başlayacaq yüzlərlə həkim viza rejimi ilə bağlı problemlə üzləşib

Azərbaycanın namizədi ən yüksək səs yığaraq yenidən BMT-nin Əməkçi Miqrantlar Komitəsinin üzvü seçilib

Xaricdə təhsillə bağlı Dövlət Proqramına builki müraciətlərdə ilk beşlikdə yer alan ölkələrin adları açıqlanıb

Suraxanıda narkoşəbəkənin üç üzvü saxlanılıb

Xaricdə təhsil üçün Dövlət Proqramına yeni tədris ili üzrə qəbul çərçivəsində müsahibə mərhələsinə başlanılır

Bu ilin beş ayında proaktiv qaydada aparılan pensiya, müavinət və təqaüd təyinatının sayı açıqlanıb

"Qarabağ"ın Xankəndidə tələbələrlə görüşü olub

Azyaşlı öyrənənlər üçün ingilis dilindən kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir

İyunun 25-də Beynəlxalq Dənizçi Günü və ölkəmizdə dənizçilərin peşə bayramı qeyd olunur

Paşinyan: Ermənistanda hakimiyyətin ələ keçirilməsinin qarşısı alınıb

Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu və mülki işçiləri mükafatlandırılıb SƏRƏNCAM

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək

ABŞ millisinin üzvü “Atletiko Madrid”ə keçib

“Könüllü DOST” proqramına 600-dən çox şəxs cəlb olunub

M.Q.İbrahimova “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Prezident İlham Əliyev Sloveniya Prezidenti Nataşa Pirts Musara təbrik məktubu ünvanlayıb

Azərbaycanlı taekvondo hakimi beynəlxalq turnirə Təşkilat Komitəsinin rəhbəri qismində dəvət alıb

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

FHN-in Şimal-qərb Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi təşkil edib

Sloveniya Respublikasının Prezidenti Zati-aliləri xanım Nataşa Pirts Musara

Bu il BDU-nu 6000-dən çox tələbə bitirir

Jean-Jacob Bicep: Avropa İttifaqının kənd təsərrüfatı siyasəti Qvadelupun təhlükəsizliyinə maneələr yaradır

DİN: Ötən gün 48 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Amaliya Pənahovanın 80 illiyi münasibətilə “Xan qızı” tamaşası nümayiş olunub

Anar Bağırov: Ölkədə vəkillərin sayı 2701 nəfərə çatacaq

“Sumqayıt”da ayrılıq yaşanıb

Ötən gün axtarışda olan 121 nəfər saxlanılıb

Bakı metropoliteni yay qrafikinə keçib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2025-ci ilin iyul ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Azərbaycan cüdo millisi Almaniyada beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb

Gənclər Kitabxanasında Silahlı Qüvvələr Günü münasibətilə silsilə materiallar hazırlanıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft bahalaşıb

"Qarabağ"ın üzvləri Şuşada sakinlərlə görüşüblər

Xalq artisti Həsən Seyidbəylinin vəfatından 45 il ötür

Azərbaycan nefti 10 faizədək ucuzlaşıb

“ZCL News”in jurnalisti: Qvadelup xalqı bu gün də müstəmləkə dominantlığından əziyyət çəkir

Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatlarının icrasına başlanılıb

Naxçıvan Dövlət Universitetində “Məzun günü” keçirilib

Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb

Naxçıvan şəhərinin bəzi ərazilərinə içməli suyun verilməsində fasilə yaranacaq

Azərbaycanın Xorvatiyadakı səfirliyində iki ölkənin mədəniyyət və yaradıcı sənaye təmsilçilərinin işgüzar görüşü olub

Luk Reyinet: Fransa heç bir zaman hüquq dövləti olmayıb

Füzulidə zəncirvari qəza olub, ölənlər var

Qvadelup bölməsinin milli koordinatoru: Azərbaycana bizə verdiyi dəstəyə görə təşəkkür edirəm

Abbas Abbasov: BTQ müasir dünyada yeni müstəmləkəçiliyi qəbul etmir

Qvadelup nümayəndəsi: Artıq dörd əsrdir ki, Qvadelup qanlı müstəmləkəçiliyə məruz qalıb

Bakıda “Qvadelupun dekolonizasiyasına doğru! Çağırışlar və perspektivlər” adlı beynəlxalq tematik konfrans keçirilir

Ərdoğan Trampla görüşüb

Tacikistan 2032-ci ilə yaşıl enerji istehsal edən ölkəyə çevriləcək

Bu gün "Qarabağ" komandasının üzvləri Şuşa, Xankəndi, Ağdam və Füzulidə sakinlərlə görüşəcəklər

Dünyanın ən böyük rəqəmsal kamerasının ilk astronomik görüntüləri nümayiş olunub

“SpaceX” kosmosa içində kremasiya olunmuş insan qalıqları olan 150 kapsul göndərəcək

Mark Rütte: Güclü müdafiə sənayesi olmadan müdafiə, güclü Transatlantik bağ olmadan isə Avropanın təhlükəsizliyi mümkün deyil

NATO-nun Haaqa Sammitində “Soyuq müharibə”dən sonra ən böyük silahlanma proqramının qəbul edilməsi gözlənilir

“Diplomatic World Sweden” saytında Orta Dəhlizin formalaşmasında Azərbaycanın əsas rolu haqqında məqalə dərc olunub

Avstriya caz triosu “Baku Piano Festival 2025”də çıxış edib

Zelenski: Ukraynanın müdafiə sənayesi il ərzində 8 milyon PUA istehsal edə bilər

KDÇ: "Benfika" "Bavariya"nı məğlub edərək 1/8 finala yüksəlib

Azərbaycan “Parlamentdə Birinci Beynəlxalq Elmi-Mədəni Görüş” adlı sərgidə təmsil olunub

Milli İncəsənət Muzeyində “Restavrasiya: keçmişə ehtiram, gələcəyə miras” adlı sərgi açılıb