İQTİSADİYYAT
Cavid Qurbanov: Şimal-Cənub dəhlizinin tikintisi ilə bağlı 8,3 kilometrlik hissə və körpü tikintisinə hazırlıq başlayıb

Bakı, 13 oktyabr, Elvin Camalov, AZƏRTAC
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tikintisi ilə bağlı 8,3 kilometrlik hissəni və körpü tikintisini Azərbaycan tərəfi reallaşdıracaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib .
Cavid Qurbanov bildirib ki, yaxın zaman ərzində Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan və İran hissələrində tikinti işlərinə başlanılması planlaşdırılıb, bununla bağlı iki ölkə arasında danışıqlar aparılır.
“Azərbaycana aid 8,3 kilometrlik hissəni və körpü tikintisini Azərbaycan tərəfi reallaşdıracaq. Artıq körpünün yeri müəyyənləşdirilib və hazırlıqlara başlanılır. İran ərazisində Rəştdən Astaraya qədər olan 153 kilometrlik hissənin isə layihəsi hələ ki onlar tərəfdən hazırlanmayıb”,- deyə QSC sədri vurğulayıb.