Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni müəssisələrin təməli qoyulub YENİLƏNİB VİDEO

Cəbrayıl, 3 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni müəssisələrin təməlqoyma mərasimlərində iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına və birinci xanıma sənaye parkında görülən işlər barədə məlumat verdi.

Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin ən önəmli istiqamətlərindən biri sənaye sektorunun, xüsusilə də qeyri-neft sənayesinin sürətli inkişafıdır. Bu baxımdan yeni dövrün iqtisadi inkişaf tələbləri ilə uzlaşan mütərəqqi mexanizmlərin - sənaye zonalarının (sənaye parkları və məhəllələri) yaradılması və fəaliyyətinin genişləndirilməsi xüsusi önəm kəsb edir.

İşğaldan azad edilmiş torpaqlarımızın ölkə iqtisadiyyatına reinteqrasiyası, yeni əməkdaşlıq imkanları, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin artan potensialı Azərbaycanın sürətli inkişafı üçün əlavə stimul yaradır. İqtisadi resursları, təbii ehtiyatları, enerji mənbələri, yeraltı metal filizi yataqları, termal suları, tikinti materialları üçün xammal bazası, nəqliyyat-tranzit, turizm imkanları və s. azad edilmiş ərazilərimizə investorların marağını artırır. Cəbrayıl rayonunun Qarabağ regionundakı strateji coğrafi mövqeyi, Qarabağla digər bölgələrin qovuşuğunda yerləşməsi və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması da məhz bu məqsədə xidmət edir.

Dövlətimizin başçısının 2021-ci il 4 oktyabr tarixli Fərmanına əsasən İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. Sənaye parkının əsas fəaliyyət istiqaməti kimi Parkda logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır.

Ərazisi 200 hektar olan sənaye parkı logistik imkanlar baxımından çox əlverişli ərazidə təşkil olunub ki, bu da sahibkarların diqqətini cəlb edən əsas məqamlardan biridir. Belə ki, bu sənaye parkı yeni salınan magistral avtomobil və dəmir yollarının üzərində yerləşir.

Sənaye parkının hazırda 13 rezidenti və 1 qeyri-rezidenti var. İnvestorlar tərəfindən ümumi olaraq parka 133,8 milyon manat investisiyanın yatırılması, 2 mindən çox iş yerinin yaradılması nəzərdə tutulur. Artıq bu günədək rezidentlər tərəfindən sənaye parkına 20 milyon manatdan artıq investisiya yatırılıb, 40-dan çox daimi iş yeri yaradılıb.

Rezidentlər tərəfindən sənaye parkında fibrobeton və polistirolbeton blokların, quru inşaat qatqılarının, tamet daşların, müxtəlif çeşiddə yapışqan lentlərin, ayaqqabıların, dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhlulların və digər məhsulların istehsalı, 40 otaqlı hotelin və 100 nəfərlik restoranın tikintisi həyata keçiriləcək, logistik mərkəz inşa olunacaq.

Hazırda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında bir müəssisə fəaliyyət göstərir. Müəssisədə kənd təsərrüfatı texnikalarına, yük maşınlarına texniki servis xidməti göstərilir.

X X X

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sənaye parkında əvvəlcə Litvanın “Dominari” şirkətinin mebel klasterinin təməlqoyma mərasimində iştirak etdilər.

Məlumat verildi ki, Litvanın “Dominari” şirkəti “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Şirkət tərəfindən sənaye parkının 10 hektar ərazisində 5 mərhələdən ibarət mebel klasteri layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.

İlkin mərhələdə döşək istehsalının əsas xammalı olan paralon materialının istehsalı zavodunun və mebel klasterinin müxtəlif mərhələlərini parça ilə təmin edəcək toxuculuq fabrikinin qurulması planlaşdırılır. İnvestisiya dəyəri 50 milyon manatdan çox olan müəssisədə ilkin mərhələdə 650 nəfər işlə təmin ediləcək. İşçilərin Cəbrayıl və ətraf rayonlardan cəlb olunması nəzərdə tutulur.

Şirkət ildə 6 min ton elastik poliuretan, 250 min ədəd müxtəlif mebel, həmçinin döşəklər, divanlar və çarpayılar üçün 1 milyon ədəd üzlük, 200 min döşək, 5,5 min kubmetr mebel komponentləri istehsal edəcək. İstehsal olunan məhsulların daxili bazarda satılması ilə yanaşı, ixracı da həyata keçiriləcək.

Qeyd edildi ki, Litvanın “Dominari” şirkəti qısa müddət ərzində Baltikyanı ölkələrin və Şərqi Avropanın aparıcı mebel istehsalçılarından birinə çevrilib. Hazırda şirkət 2 min işçi və 200-dən çox korporativ müştəri bazasına malikdir.

Prezident İlham Əliyev “Dominari” şirkətinin mebel klasterinin təməlini qoydu.

X X X

Sonra dövlətimizin başçısı və birinci xanım sənaye parkında “Karabakh Stone” MMC-nin zavodunun təməlqoyma mərasimində iştirak etdilər.

Məlumat verildi ki, “Karabakh Stone” MMC 2024-cü ilin iyulunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti kimi qeydiyyatdan keçib. Şirkət sənaye parkının 3,5 hektar ərazisində yol və müxtəlif sahələrin abadlaşdırılması üçün dekorativ daşlar (tamet daşlar) və səki bordürlərinin istehsalı ilə məşğul olacaq.

İnvestisiya həcmi 7,8 milyon manat olan layihə çərçivəsində 95 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.

İstehsal gücü 1 milyon 250 min kvadratmetr təşkil edəcək müəssisədə hazırlanacaq məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək. Türkiyə texnologiyasından istifadə ediləcək müəssisənin 2025-ci ildə fəaliyyətə başlaması planlaşdırılır.

Dövlətimizin başçısı zavodun təməlini qoydu.

X X X

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sənaye parkında, həmçinin “Prestij-Kimya” MMC-nin zavodunun təməlqoyma mərasimində iştirak etdilər.

Bildirildi ki, şirkət sənaye parkının 2,15 hektar ərazisində dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhlulların istehsalını həyata keçirəcək zavod inşa edəcək. İnvestisiya dəyəri 5,8 milyon manat olan müəssisədə 214 nəfər daimi işlə təmin ediləcək.

Türkiyənin, Çinin, Avropanın qabaqcıl ölkələrinin texnologiyalarından istifadə ediləcək müəssisədə il ərzində 30 min ton müxtəlif dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların istehsal olunması nəzərdə tutulur. Müəssisədə istehsal olunacaq məhsulların daxili bazarla yanaşı, xarici bazarlarda da satışı planlaşdırılır.

Dövlətimizin başçısı zavodun təməlini qoydu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni müəssisələrin təməli qoyulub YENİLƏNİB VİDEO

Belçika Baş naziri Bakı limanında olub

Misirli iştirakçı: COP29-da maliyyələşdirmə prosesi sürətlənərsə, ölkəmizə ən son texnologiyaların gətirilməsi təmin ediləcək

Qazaxda ağacəkmə aksiyası keçirilib

“Turan” və “Kəpəz”in veteranları arasında oyun keçirilib, Qurban Qurbanov qol vurub

Baş nazir Əli Əsədov Anqolanın vitse-prezidenti ilə görüşüb

Hindistan Qadınlar Konfransının rəhbəri: Ümid edirik ki, COP29-da maliyyə məsələləri həll olunacaq

Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri Azərbaycana səfərə gəlib

“Haber Global”: Bakıda keçirilən COP29-da planetin ekologiyasının gələcəyi müzakirə olunur

COP29-da Türkiyə pavilyonunun açılış mərasimi keçirilib

Prezident İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb YENİLƏNİB VİDEO

Zaqatalada 8750 ting əkilib

İqlim ədaləti üzrə qlobal lider: COP29-dan əsas gözləntim zəngin ölkələrin kifayət qədər pul ayırmalarıdır

Prezident İlham Əliyev Belçikanın Baş naziri ilə görüşüb YENİLƏNİB VİDEO

ADNSU-nun professor-müəllim heyəti Qarabağda elmi-tədqiqat işləri aparıb

COP29-da Azərbaycanın turizm imkanları nümayiş etdirilir

BMT-nin koordinatoru: COP29 hər cəhətdən yüksək səviyyədə təşkil olunub

COP29 iştirakçısı: İnanıram ki, Bakıdakı müzakirələr dünya iqlim siyasətinə müsbət təsir göstərəcək

Prezident İlham Əliyev Finlandiya Prezidenti ilə görüşüb YENİLƏNİB VİDEO

Dominikan Respublikasının səfiri: COP29-da hər şey yüksək səviyyədə təşkil olunub

COP28-in Prezidenti: Əminəm ki, COP29 bizim birlikdə növbəti böyük uğurumuz olacaq

Azərbaycan AYİB ilə nəqliyyat layihələrinin maliyyələşməsini müzakirə edib

Prezident İlham Əliyev Serbiya Prezidenti ilə görüşüb YENİLƏNƏCƏK

Aktauda Qazaxıstan-Azərbaycan Dostluq xiyabanı açılıb

İstanbulda keçirilən Türk Ticarət Sərgisini üç mindən çox iş adamı ziyarət edib

“Toraci” qasırğası Filippin sahillərinə çatıb

Konqo Demokratik Respublikasının Baş naziri Azərbaycanda səfərdədir

Ərzurum Universitetinin professoru: COP29 iqlim böhranı ilə mübarizədə mühüm addımdır

“Barselona”nın zədəli futbolçularının durumuna aydınlıq gəlib

Prezident İlham Əliyev Slovakiya Prezidenti ilə görüşüb YENİLƏNƏCƏK

“Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Climate Live” xeyriyyə təşkilatının rəsmisi: Verilən vədlər yerinə yetirilməlidir

Oslo Azərbaycan Evinin sədri: Azərbaycan yaşıl enerjiyə keçidi sürətləndirir

Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

“Belarus seqodnya”: COP29 iqlim dəyişmələrinə qarşı beynəlxalq səylərdə mühüm mərhələ olacaq

“Fəaliyyətdə birlik: Karib adalarında ədalətli və davamlı inkişaf üçün nəsillərarası səslər” adlı sessiya keçirilib VİDEO

Yəmən Respublikasının vitse-prezidenti Azərbaycanda səfərdədir

COP29-da dünya okeanı və Xəzər dənizinin problemləri müzakirə ediləcək

TDT-nin Baş katibi: COP29 Türk dünyası üçün tarixi hadisədir

Konqo Respublikasının Prezidenti Azərbaycana səfərə gəlib

Ukraynalı gənclər COP29-dan danışıblar

İranın vitse-prezidenti Azərbaycanda səfərdədir

COP29 çərçivəsində şagirdlərin iqlim savadlılığının ölçülməsinə dair təşəbbüs müzakirə ediləcək

Keniyanın Baş naziri: İqlimə daha çox zərər verənlər daha çox maliyyə öhdəliyi götürməlidirlər

Gürcüstanın Baş naziri Azərbaycana səfərə gəlib

Beyləqanda keçirilən aksiyada 9900 ədəd ağac tingi əkilib

Leyla Həsənova: Uşaq və gənclərin iqlim dəyişikliyinə qarşı mübarizədə əsas rol oynaması vacibdir

“Qarabağ”ın həndbolçusu: Ukrayna klubuna qalib gəlmək gücündəyik

Aleksandar Vuçiç ilə Donald Tramp arasında telefon danışığı olub

“Plan International”ın nümayəndəsi: COP29 olduqca iddialı konfransdır və onun nəticələrini səbirsizliklə gözləyirəm

AFFA Hakimlər Komitəsinin sədri çempionat oyunundakı mübahisəli epizodları şərh edib

COP29 yaşanıla bilən planet naminə səylərin gücləndirilməsi üçün sınaq meydanıdır

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

“Davamlı və Təhlükəsiz Qida” təşkilatının qurucusu: Bütün dövlətlər diqqətini Azərbaycana yönəltməlidirlər

İsveçli iştirakçı: COP29-da maliyyələşmədə irəliləyişə nail olunacağına ümid edirəm

Azərbaycanın qadın gimnastları Yunanıstanda qızıl medallar qazanıblar

Məşhur hindistanlı yoqin: COP29-un yaşıl dünya üçün həmrəyliyi təşviq etdiyini görmək çox xoşdur VİDEO

Pakistan nümayəndə heyəti COP29-da iştirak etmək üçün Bakıdadır

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Prezidentin köməkçisi Anar Ələkbərov COP29 məkanındakı Azərbaycan pavilyonunu ziyarət ediblər

Marneulidə Zəfər Gününə həsr olunmuş cüdo turniri keçirilib

Yaşıl Rəqəmsal Fəaliyyət üzrə tədbirin yekununda Bəyannamə qəbul olunacaq

Şalva Papuaşvili Avropa İttifaqı ölkələri parlamentlərinin nümayəndə heyəti ilə görüşməkdən imtina edib

Keçmiş basketbolçu sərhədi pozduğuna görə saxlanılıb

BMT rəsmisi: COP29 iqlim maliyyəsinə xüsusi diqqət yetirir VİDEO

Yaponiya parlamenti Siqeru İsibanı yenidən baş nazir seçib

İqtisadiyyat Nazirliyi COP29 çərçivəsində bir sıra tədbir və görüşlər təşkil edəcək, sənədlər imzalanacaq

Dahranda keçirilən "Xalqların yürüşü" adlı tədbirdə Azərbaycan da təmsil olunub

Banqladeşli iştirakçı: COP29 iqlim dəyişikliyinə qarşı mübarizə aparmaq üçün mühüm platformadır

Azərbaycan rəssamlarının əsərləri Pakistanda uğurla təqdim edilib

Türk Dövlətləri Milli Ağaclandırma Günü Müşfiqabadda 11 min 111 ağac əkilib VİDEO

“Qarabağ”ın 12 futbolçusu milli komandalara dəvət alıb

“Ecotaka Solutions Africa”nın icraçı direktoru: COP29-a hazırlıq yüksək səviyyədədir

Slovakiya Prezidenti Azərbaycana səfərə gəlib

Ekoloji hüquq müdafiəçisi: Azərbaycan gəncləri iqlim dəyişikliklərinə biganə deyillər

Jelka Tsviyanoviç: Azərbaycanla münasibətlər yüksələn xətt üzrə inkişaf edir

Belarus Prezidenti COP29-da iştirak etmək üçün Azərbaycanda səfərdədir

COP29 çərçivəsində SOCAR ilə “IntelliGrid” arasında Saziş imzalanıb VİDEO

Prezident İlham Əliyev Əl-Əzhəri Şərifin şeyxi ilə görüşüb  YENİLƏNİB-2 VİDEO

Serbiya Prezidenti Azərbaycana səfərə gəlib

Filippin səfiri: COP29-un növbəti günlərini səbirsizliklə gözləyirəm

Sabah bəzi yerlərdə yağmurlu hava şəraiti gözlənilir

“ACWA Power”: Gələcəkdə Azərbaycan ilə çox böyük layihələrin həyata keçiriləcəyini düşünürəm

"Qalatasaray"ın sabiq futbolçusu karyerasını bitirib

Azərbaycan hökuməti Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannaməsini imzalayıb VİDEO

Azərbaycan millisinin baş məşqçisi: Elit-raunda vəsiqə qazanmaq istəyirik

Kot-d'İvuar Respublikasının naziri: İqlim probleminin həlli ilə bağlı irəliləyiş olmalıdır VİDEO

“Xalis sıfır karbon emissiyası istiqamətində: COP29-un dayanıqlı gələcək naminə tərəfdaşlıqları” mövzusunda tədbir keçirilib

Ekoloji hüquq müdafiəçisi: COP29 yeni kollektiv hədəflər müəyyən edəcək

Braziliya nümayəndəsi: Azərbaycanın təşəbbüsləri davamlılıq və dayanıqlı inkişaf sahəsində faydalı təcrübələr təqdim edir

Şimali Taurid meteor yağışını ölkəmizdə də müşahidə etmək mümkündür - AÇIQLAMA

Seyşel Adalarının vitse-prezidenti Azərbaycanda səfərdədir

XTNS-dəki “Azərbaycan” pavilyonunda azərbaycanlı rəssamın sərgisi açılacaq

COP 29-un açılış mərasimi keçirilib YENİLƏNİB VİDEO

Nepal Prezidenti COP29-da iştirak etmək üçün Azərbaycana səfərə gəlib

İqlim dəyişikliklərinə qarşı mübarizədə ali təhsilin rolu: liderlik, innovasiya və təsir gücü VİDEO

“Roma” Roberto Mançini ilə danışıqlara başlayıb

BMT-nin Baş katibi Azərbaycanda səfərdədir

Prezident İlham Əliyev İraq Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Efiopiya Prezidenti iqlim sammitində iştirak üçün Azərbaycana səfər edib

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri və üzvü ilə görüşüb YENİLƏNİB-2 VİDEO

“İqlim dəyişikliyi” mövzusunda elektron məlumat bazasının təqdimatı olub