Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Cəbrayılın Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndləri tezliklə öz sakinlərinə qucaq açacaq – VİDEOREPORTAJ

Cəbrayılın Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndləri tezliklə öz sakinlərinə qucaq açacaq – VİDEOREPORTAJ

Cəbrayıl, 20 may, Aydın Yavərzadə, AZƏRTAC

İşğaldan azad olunan ərazilərdə həyat yenidən canlanır. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl da artıq tikinti meydançasını xatırladır. Şəhər mərkəzi ilə yanaşı, bir neçə kənddə tikinti aparılır. Prezident İlham Əliyev tərəfindən təməli qoyulan kəndlər də yaxın zamanlarda öz doğma sakinlərinə qucaq açacaq. Dövlətimizin başçısı mayın 18-də Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndlərinin təməlini qoyub.

AZƏRTAC-ın bölgə müxbirinin həmin kəndlərdən hazırladığı reportajı təqdim edirik.

Böyük Mərcanlıda ilk mərhələdə 149 ev tikiləcək

Vətən müharibəsində işğaldan azad edilən ilk kəndlərdən biri də Böyük Mərcanlı olub. Bu kənd Araz vadisində, Cəbrayıl şəhərindən 22 kilometr məsafədə yerləşir. Cəbrayıl rayonunun ən iri yaşayış məntəqələrindən biridir.

Kəndin Baş planı haqqında danışan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlhamiyə Rzayeva bildirib ki, 2026-cı ilədək dövrü əhatə edən Böyük Qayıdışa dair I Dövlət Proqramına müvafiq olaraq, birinci mərhələdə layihələndirilən ərazinin sahəsi 41 hektardır. Bu mərhələdə Böyük Mərcanlıya 542 nəfərin köçürülməsi üçün 149 ev tikiləcək. İnşa ediləcək evlər iki, üç, dörd və beş otaqlı olacaq.

Baş plana əsasən kəndin ümumi sahəsi 362 hektar təşkil edir. 2040-cı ilədək 6230 nəfər əhali üçün 1074 ev və bir neçə mərtəbəli yaşayış binaları layihələndirilib. Burada inzibati bina, klub-icma mərkəzi, çoxfunksiyalı bina, idman və ailə-sağlamlıq mərkəzləri, mərasim evi, bazar kompleksi və digər qeyri-yaşayış obyektlərinin tikintisi nəzərdə tutulur. Həmçinin Böyük Mərcanlı kəndində əhalinin tələbatına uyğun olaraq iki məktəb və beş uşaq bağçası inşa olunacaq.

Karxuluda iki tam orta məktəb və dörd uşaq bağçası olacaq

Cəbrayıl rayonunun inzibati ərazisinə daxil olan Karxulu kəndi şimaldan Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu, cənubdan və cənub-şərqdən Horadiz-Ağbənd dəmir yolu xətti ilə əhatə olunub.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyə Rzayeva kəndin Baş planı haqqında danışarkən bildirib ki, 2040-cı ilədək kəndin layihələndirilən ərazisi 313 hektar təşkil edir və bu müddət ərzində kənddə 4428 sakin üçün 940 ev və bir neçə mərtəbəli bloklu evlərin layihələndirilməsi, eləcə də tikintisi nəzərdə tutulur. Kənddə inzibati bina, klub-icma, ailə və idman sağlamlıq mərkəzləri, ticarət və məişət xidməti binası, kiçik sahibkarlıq obyektləri inşa olunacaq.

Bundan başqa, Baş plana müvafiq olaraq, kənddə əhalinin tələbatına uyğun iki tam orta məktəb və dörd uşaq bağçası tikiləcək. 2026-cı ilədək dövrü əhatə edən Böyük Qayıdışa dair I Dövlət Proqramına müvafiq olaraq, birinci mərhələdə layihələndirilən ərazinin sahəsi isə 125 hektardır. Bu mərhələdə 691 sakin üçün 145 evin layihələndirilməsi və tikintisi nəzərdə tutulub.

Sarıcallı kəndinə ilkin mərhələdə mindən çox sakin köçürüləcək

Cəbrayıl rayonunun Sarıcallı kəndi şimaldan yeni salınan Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu, şimal-şərqdən Şükürbəyli kəndi, cənubdan və cənub-şərqdən Horadiz-Ağbənd dəmir yolu xətti, cənub-qərbdən və qərbdən Soltanlı kəndi ilə əhatə olunub.

2026-cı ilədək dövrü əhatə edən Böyük Qayıdışa dair I Dövlət Proqramına müvafiq olaraq, birinci mərhələdə layihələndirilən ərazinin sahəsi isə 104 hektardır. Bu mərhələdə kəndə 1016 sakinin köçürülməsi üçün 242 fərdi ev inşa olunacaq.

Baş planda kəndin ümumi sahəsi isə 330 hektar təşkil edir. 2040-cı ilədək 4740 nəfər əhali üçün 1185 fərdi evin və bir neçə mərtəbəli bloklu binaların layihələndirilməsi nəzərdə tutulur. Burada inzibati bina, klub-icma, ailə və idman sağlamlıq mərkəzləri, ticarət və məişət xidməti binası, yanğınsöndürmə deposu, aqrotexniki park, mərasim evi, kənd bazarı, kiçik sahibkarlıq obyektləri tikiləcək.

Bundan başqa, əhalinin tələbatına uyğun iki tam orta məktəb və 4 uşaq bağçasının layihələndirilməsi də nəzərdə tutulur. Ümumiyyətlə, bu yaşayış məntəqəsində əhalinin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzində olacaq.

Maşanlı kəndində də əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılacaq

Ermənistan işğalı zamanı Maşanlı kəndi də dağıdılıb və talan edilib. Kənd Vətən müharibəsində düşməndən azad olunub. Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Maşanlı kəndi də yaxın gələcəkdə öz doğma sakinlərini abad kənd olaraq qarşılayacaq.

Maşanlı kəndi Araz çayı sahilində yerləşir. Bu kənd həm də Araz Maşanlı adlanır. Yaşayış məntəqəsini həmin rayondakı Dağ Maşanlı kəndindən köçmüş ailələr Araz sahilində saldığına görə belə adlandırılıb.

Kəndin Baş planı haqqında danışan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyə Rzayeva deyib ki, 2040-cı ilədək kəndin layihələndirilən ərazisi 157,54 hektar olacaq. Həmin müddətdə kənddə 2360 sakin üçün 590 fərdi evin layihələndirilməsi, eləcə də tikintisi nəzərdə tutulub.

Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən burada məskunlaşacaq əhalinin yaşayış yükü nəzərə alınaraq, kəndin salınmasının birinci mərhələsi üçün 50 hektar yer ayrılıb. Bu mərhələdə 944 sakin üçün 236 fərdi ev tikiləcək. Kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün də hər cür şərait yaradılacaq.

Bu kənddə də inzibati bina, klub-icma, idman sağlamlıq mərkəzləri, həkim məntəqəsi, mərasim evi, bazar kompleksi, ticarət, ictimai-iaşə, kiçik sahibkarlıq obyektlərinin layihələndirilməsi planlaşdırılır. Bundan başqa, Baş plana əsasən, kənddə tam orta məktəb üçün bina və iki uşaq bağçasının tikintisi nəzərdə tutulub.

Cəbrayılın Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndləri tezliklə öz sakinlərinə qucaq açacaq – VİDEOREPORTAJ

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Qurtuluş Günündən başlayan Zəfər tariximiz

Kanada təbiətə görə məsuliyyət haqqında qanun layihəsini qəbul edən ilk ölkələrdəndir

Nəqliyyat Nazirliyi: Türkiyə dəniz daşımalarının həcmini genişləndirmək üçün səylərini artırır

“Coca-Cola” Rusiyada ticarət nişanlarını qeydiyyata alır

Əfsanəvi voleybolçu İnna Rıskalın 80 illik yubileyi keçirilib

Macarıstan NATO-nun Ukraynadakı missiyalarında iştirak etməyəcək

Daha 254 müdafiəçinin meyitləri Ukraynaya qaytarılıb

Türkiyə Prezidenti İtaliyada keçirilən G7 sammitində iştirak edir

"Azərbaycanım" Beynəlxalq VII Uşaq və Gənc Rəsm Festivalının iştirakçıları ilə görüş olub

Füzulidə Milli Qurtuluş Gününə həsr edilən tədbir keçirilib

Avro-2024: Almaniya millisi açılış oyununda Şotlandiyaya böyük hesabla qalib gəlib - YENİLƏNİB 7

Xərçəngə görə müalicə alan Keyt Middlton səhhəti ilə bağlı açıqlama yayıb

Gəncədə Mir Cəlal irsinə həsr edilmiş ədəbi-bədii tədbir keçirilib

Naxçıvanda çimərlik mövsümü açıq elan edilib

Prezident İlham Əliyev 15 İyun – Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Mikayıl Cabbarov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Türkiyədə amfibiya təyyarə qəzaya uğrayıb, heyət xilas edilib

Azərbaycan karateçisi beynəlxalq multiidman turnirində qızıl medal qazanıb

Əcnəbi Diplomatlar üçün “Xarici Siyasət Proqramı” yekunlaşıb

Salyanda yol qəzası olub, yaralılar var

"Borussiya Dortmund" türkiyəli mütəxəssisə tapşırılıb

Azərbaycanlı yazar Gürcüstan Yazıçılar Birliyinin üzvü seçilib

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

İllər sonra Laçın şəhərində son zəng sevinci

Yağışdan sonra Kürdəmirdə avtomobillərin hərəkəti çətinləşib

İmişlidə yol qəzasında 3 nəfər xəsarət alıb

Azərbaycan Ordusunun Naxçıvan istiqamətində yerləşən mövqeləri növbəti dəfə atəşə tutulub VİDEO

“Qarabağ gecəsi” xeyriyyə konsertinə bilet alın, doğma Qarabağın bərpasına dəstək olun

Məktəblilərarası fənn müsabiqələrinin final turunun yekun nəticələri elan edilib

Müdafiə naziri Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

ADNSU beş kateqoriya üzrə dünyanın yüksək reytinqli universitetləri arasında yer alıb

İnstitutda Milli Qurtuluş Günü qeyd olunub

DİM: I ixtisas qrupu üzrə bir nəfər 700 bal toplayıb

Bakıda “İqlim dəyişmələrinin uşaqlar üçün qlobal təsirləri” mövzusunda tədbir keçirilib

Tarix və Etnologiya İnstitutunda Ağalı kənd məktəbi ilə canlı bağlantı yaradılıb

"Qarabağ" Musa Qurbanlını yenidən heyətinə cəlb edib

Gələn həftə qəbul imtahanının nəticələri ilə bağlı apellyasiya başlanır

I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri açıqlanıb: 10 nəfər 400 bal toplayıb

® “Kapital Bank” istiqrazlarının 2-ci tranşının abunə yazılışına start verilib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Siyəzəndə vətəndaşları qəbul edəcək

“İnsan hüquqları aylığı” çərçivəsində silsilə tədbirlər davam etdirilir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 20 noyabr tarixli 183 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ərzaq payı ilə təmin olunan gömrük orqanlarının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Aqroservis”in sədri Ucarda vətəndaşlarla görüşüb

Türkiyənin XİN başçısı Ukrayna Sülh Sammitində iştirak edəcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

COP29-un baş icraçı direktoru Avropa İttifaqının Azərbaycandakı səfiri ilə görüşüb

“Dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət tərəfindən yaradılan açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi və “Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri haqqında Nümunəvi Nizamnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 65 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Renat Dadaşov: Niderland millisi Avropa çempionatında sürpriz edəcək

Tovuzun ən yüksək bal toplayan şagirdi illərdir ki, arzuladığı ixtisas üzrə təhsil alacağını deyir - VİDEOREPORTAJ

Doktorantura və dissertantura səviyyələrində xarici dil üzrə danışıq bloku imtahanı davam edir

Ekvador Respublikasının Konstitusional Prezidenti Daniel Noboa Azindən

Şamaxıda dolu və yağışdan sonra bəzi fəsadlar yaranıb

Qayana Kooperativ Respublikasının Prezidenti Məhəmməd İrfan Əlidən

Sabah bir sıra küçələrdə təmir işləri aparılacaq

“Məktəbdə..” layihəsinin qonaqları məzunları təbrik etdilər

Stoltenberq: NATO-nun yüksək hazırlıqlı 500 min hərbçisi var

“İnsan hüquqları aylığı” çərçivəsində Əqli Mülkiyyət Agentliyində tədbir təşkil edilib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib YENİLƏNİB

Ali Məhkəmə Plenumunun iclası keçirilib

Bayram günlərində Dövlət Su Ehtiyatları Agentliyi gücləndirilmiş iş rejimində çalışacaq

Tərtərdə 759 məzun üçün “Son zəng” çalınıb

İndiyə kimi “Xıllı Balıq” MMC-də 80 milyondan çox nərəcinsli balıq buraxılışı həyata keçirilib

Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb

Azərbaycan millisi çövkən üzrə dünya çempionatının finalına yüksəlib

Baş Qərargah rəisi mühəndis bölmələrinin taktiki-xüsusi təlimini izləyib VİDEO

“Azərxalça” ASC və Aydan Salahovanın ortaq layihəsi - “Qadın” triptix xalçası

“29 İqlim Söhbəti: COP29-a gedən yol” silsiləsi çərçivəsində iqlim dəyişikliyi və onun əhali dinamikasına təsiri müzakirə olunub

Fransada seçkilər: İfrat sağçılar öndə, Makron partiyası üçüncüdür

COP29 Könüllülərinin iştirakı ilə sahilyanı təmizlik aksiyası təşkil edilib

Xocalıda yarımçıq qalan “Son zəng” çalınıb

DİN: Ahıl və tənha vətəndaşlar dələduzluğa məruz qalır

Əqli Mülkiyyət Agentliyində Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşiddən

Qida Təhlükəsizliyi Agentliyinin sədri Göyçayda vətəndaşları qəbul edəcək

“Birinci instansiya məhkəmələrində baxılmış inzibati xətalar haqqında işlər barədə” 3 №-li (yarımillik, illik) rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2016-cı il 28 dekabr tarixli 20/09 nömrəli qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Mədəniyyət naziri Samuxda vətəndaşları qəbul edib

İqtisadiyyat İnstitutunda “İnsan hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbir

Milan Rəssamlıq Akademiyasının ilk azərbaycanlı məzununun fərdi sərgisi italyan mediasında

Azərbaycan və Banqladeş XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Almaniyada müflisləşmə ilə əlaqədar müraciətlərin sayı artır

Azərbaycan avarçəkəni beynəlxalq multiidman turnirində üçüncü yeri tutub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri Gürcüstanın Rustavi və Qardabani şəhərlərində olublar

Azərbaycan ilə Serbiya arasında birgə hərbi əməkdaşlıq inkişaf edir VİDEO

Bayram günlərində Bakının bəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

“Bir, iki, bizimki” tamaşası Lənkəranda nümayiş olunacaq

BMU-nun magistraturasına 20 ixtisas və 28 ixtisaslaşma üzrə qəbul aparılır

® “AccessBank”ın istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

“Şəhərdən Kəndə” layihəsi çərçivəsində Lerikdə fermerlərə aqroturizm üzrə təlim keçirilib

Elm və Təhsil Nazirliyinə son 14 gün ərzində daxil olan müraciətlərin sayı açıqlanıb

Azərbaycanda işləmiş almaniyalı funksioner: İspaniya millisi Avropa çempionu olacaq

RİNN bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Talış kəndində işğaldan sonra ilk “Son zəng” tədbiri keçirilib

Paris qalereyasında azərbaycanlı rəssamın əsərləri təqdim olunub

Dövlət Xidməti sahibkarlıq subyektlərinə müraciət edib

Daşkəsəndə aztəminatlı ailələrə bayram sovqatları təqdim edilib

Coğrafiya İnstitutu ilə FHN Akademiyası arasında elmi əməkdaşlığa dair memorandum imzalanıb

Botanika İnstitutunda Milli Qurtuluş Günü qeyd olunub

Naxçıvanda “İqlim dəyişiklikləri və dövlət idarəçiliyində yeni çağırışlar” mövzusunda səyyar təlim keçirilib

Auditorlar Palatasında 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib