Cəfər Cabbarlının 120 illik yubileyi ilə əlaqədar dəyirmi masa təşkil edilib
Bakı, 29 yanvar, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzi Kitabxana Sisteminin 3 saylı filialında görkəmli dramaturq Cəfər Cabbarlının 120 illik yubileyi ilə əlaqədar dəyirmi masa keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə 158 nömrəli tam orta məktəbin şagirdləri də iştirak ediblər.
Filialın müdiri Arzu Xudayarova tədbiri açaraq görkəmli yazıçının zəngin yaradıcılığından söhbət açıb, onun ədəbiyyatımıza, mədəniyyətimizə verdiyi töhfələrdən danışıb.
Tədbirdə dramaturqun “Sevil” və “Almaz” pyeslərindən səhnələr göstərilib. Şagirdlər ədibin “Ölkəm” və “Mən bir solmaz yarpağam ki...” şeirlərini söyləyiblər.
Sonda “Böyük ədib və dramaturq - 120” adlı sərgiyə baxış keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:37]
“HÜDUD”: forma və qavrayış sərhədində incəsənət
- 09.06.2026 [21:34]
“İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabının təqdimatı olub
- 09.06.2026 [17:43]
Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır
- 09.06.2026 [17:10]
Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur
- 09.06.2026 [15:53]
Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir
- 09.06.2026 [15:52]