Cəlilabad Uşaq İncəsənət Məktəbində bayram tədbiri keçirilib











Cəlilabad, 2 yanvar, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad Uşaq İncəsənət Məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni ilin gəlişinə həsr olunmuş bayram tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə təhsil müəssisəsinin foyesində istedadlı şagirdlərin əl işlərinin nümayiş olunduğu sərgi ilə tanış olublar. Tədbirdə İncəsənət Məktəbinin müəllim və şagirdləri konsert proqramı ilə çıxış ediblər.
Konsertdə məktəblilər müxtəlif janrlı musiqiləri, görkəmli sənətkarların əsərlərini səsləndiriblər.
Bayram tədbirində, həmçinin milli və əcnəbi rəqs kompozisiyaları ifa olunub, nağıl personajlarının obrazlarının canlandırıldığı səhnəciklər göstərilib, viktorina təşkil edilib.