Cəlilabadda yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
Cəlilabad, 2 oktyabr, İlkin Adıyev, AZƏRTAC
Cəlilabadda baş verən yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.
AZƏRTAC-ın bölgə mübxiri xəbər verir ki, qəza nəticəsində 1975-ci il təvəllüdlü Ceyhun Nəcəfov, 2002-ci il təvəllüdlü Cavid Əsgərov və 1989-cu il təvəllüdlü Davud Həsənov xəsarət alıb. Daha bir nəfərə isə yerində tibbi yardım göstərilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
13:44
Cəlilabadda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Alar kəndi ərazisində qeydə alınıb.
Beləki, hərəkətdə olan "VAZ 2107" markalı avtomobillə “Hyundai” markalı avtomobil toqquşub. Qəza nəticəsində xəsarət alan dörd nəfər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.