DÜNYA
CƏNUBİ KOREYA NÜVƏ PROQRAMLARI HAQQINDA ƏTRAFLI İNFORMASİYA TƏQDİM EDƏCƏK VƏ İLİN AXIRINADƏK ONLARI MƏHDUDLAŞDIRACAQDIR
AZƏRTAC İTAR-TASS-a istinadla xəbər verir ki, KXDR özünün nüvə proqramlarına dair ətraflı informasiya təqdim edəcək və ilin sonunadək onları məhdudlaşdıracaqdır. Bunu ABŞ dövlət katibinin müavini Kristofer Hill sentyabrın 2-də Cenevrədə başa çatan ikigünlük ikitərəfli məsləhətləşmələrin yekunlarına əsasən bildirmişdir. Onun dediyinə görə, bu, KXDR tərəfinin uranın saflaşdırılması proqramları haqqında informasiya təqdim etməsini də nəzərdə tutur. Vaşinqton hesab edir ki, həmin proqramalardan hərbi məqsədlər üçün istifadə oluna bilər.
Şimali Koreya ilə danışıqlarda Koreya yarımadasının nüvəsizləşdirilməsi problemləri üzrə Rusiya, ABŞ, Çin, Yaponiya və iki Koreya dövlətinin iştirakı ilə aparılan altıtərəfli danışıqların növbəti raundunun hazırlanmasına aid məsələlərin geniş dairəsi, Pxenyanın öz nüvə proqramını məhdudlaşdırmasına nəzarət məsələləri, həmçinin ABŞ ilə KXDR arasında diplomatik münasibətlərin hərtərəfli bərpası və münasibətlərin normallaşdırılmasının perspektivləri müzakirə olunmuşdur.
Hillin dediyinə görə, Cenevrədəki məsləhətləşmələrdə KXDR ilə Yaponiya arasında münasibətlərin yaxşılaşdırılması perspektivləri də müzakirə edilmişdir.