Cənubi Koreyada meşə yanğınları rayonu təbii fəlakət zonası elan edilib
Bakı, 6 aprel, AZƏRTAC
Cənubi Koreya Prezidenti Mun Ce-in Kanvondo vilayətində meşə yanğınlarının baş verdiyi rayonu təbii fəlakət zonası elan edib.
AZƏRTAC Yonhap informasiya agentliyinə istinadla xəbər verir ki, həmin rayona xüsusi zona statusu verilməsi ora yardımın çatdırılmasını asanlaşdıracaq. “Zərər çəkən rayonlara dövlət səviyyəsində dəstək göstərəcək. Hökumət diqqətini zərərin ödənməsinə və bərpa işlərinə yönəldib”, - deyə prezident administrasiyasının nümayəndəsi bildirib.
Cənubi Koreya hökuməti Konvondo vilayətində tüğyan edən meşə yanğınlarını milli fəlakət adlandırıb. Görünməmiş miqyas almış yanğınlar nəticəsində 1 nəfər həlak olub, 11 nəfər xəsarət alıb. Həmçinin 4,2 min nəfər təhlükəli ərazilərdən təxliyə olunub. Yanğının söndürülməsinə 900 yanğınsöndürən maşın və yanğından mühafizə xidmətinin 13 min əməkdaşı cəlb olunub.
530 hektar ərazini əhatə edən yanğın güclü külək səbəbindən saatda 5 kilometr sürətlə yayılıb. Alov 300 evi məhv edib. Ümumi zərər 5 milyon dollar həcmində qiymətləndirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]
Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər
- 09.06.2026 [12:35]
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
- 09.06.2026 [12:33]
Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?
- 09.06.2026 [12:31]
Pskov hava limanında uçuşlar dayandırılıb
- 09.06.2026 [12:25]