ELM VƏ TƏHSİL
Cənubi Qafqazda ekoloji vəziyyət: dövlətlərin siyasətinin müqayisəli təhlili, təhdidlər və perspektivlər - dəyirmi masa
Bakı, 25 noyabr, AZƏRTAC
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində AMEA-nın Qafqazşünaslıq İnstitutunda “Cənubi Qafqazda ekoloji vəziyyət: dövlətlərin siyasətinin müqayisəli təhlili, təhdidlər və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, institutun direktor vəzifəsini icra edən siyasi elmlər doktoru Ramilə Dadaşova yaşıl enerji növlərinin yaradılması və dünya bazarlarına nəqlinin Azərbaycan Respublikasının enerji siyasətinin prioriteti olduğunu söyləyib. O, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin “yumşaq güc” siyasətinin növbəti parlaq nümunələrindən biri olduğunu vurğulayıb.
Dəyirmi masada Ramilə Dadaşovanın “Cənubi Qafqazda ekoloji vəziyyət: dövlətlərin siyasətinin müqayisəli təhlili, təhdidlər və perspektivlər” mövzusunda məruzəsi dinlənilib. Sonra müzakirələr aparılıb.