SİYASƏT
Ceyms Finis: Bizə öz sözümüzü demək üçün şərait yaratdığına görə Azərbaycana təşəkkür edirəm VİDEO
Bakı, 21 avqust, AZƏRTAC
Bizim adamız Niderlandın müstəmləkəsidir. İnsanlarımız çox çətin vəziyyətdədir. Belə ki, adamızdakı bütün qanunlar müstəmləkə olduğumuz üçün Niderland tərəfindən yazılır. Bizim xalqımız demokratik hüquqlarına sahib deyil.
Müstəmləkəçilikdən əziyyət çəkən ölkələrə dəstəyinə və bizə sözümüzü demək üçün şərait yaratdığına görə Azərbaycan dövlətinə və xalqına təşəkkür edirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri Niderlandın müstəmləkəçiliyi altında olan Bonayre adasının nümayəndə heyətinin üzvü, Boner Dəyişim Hərəkatının yaradıcısı Ceyms Finis avqustun 21-də jurnalistlərə müsahibəsində söyləyib.
Onun sözlərinə görə, Niderland hökuməti qanunları dəyişdirib və artıq Avropa İttifaqı ölkələrinin vətəndaşı olan insanlar buraya köçmək hüququ əldə ediblər.
Ölkəsində vergilərin də artırıldığını diqqətə çatdıran C. Finis qeyd edib: “2030-cu ildə ölkəmizin yerli əhalisinin 30 faizdən az olacağı deyilir. Demək olar ki, biz öz ölkəmizdə milli azlıq olacağıq. İnsanlarımızın bu vəziyyətdən şikayət etmək hüquqları belə yoxdur”.