CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNDƏ PENİTENSİAR XİDMƏTİNİN MÜHAFİZƏ TABURU ÜÇÜN YENİ BİNA İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikası ərazisindəki bütün hərbi hissələrdən də yan ötməmiş, onların müasir standartlara uyğunlaşdırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində ardıcıl işlər görülmüşdür.
Bu tədbirlərin davamı olaraq Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin mühafizə taburu üçün yeni bina tikilərək istifadəyə verilmişdir.
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov, Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov mühafizə taburuna gəlmiş, görülən işlərlə tanış olmuşlar. Üçmərtəbəli binada taburun normal fəaliyyəti üçün lazımi şərait yaradılmışdır.