CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNDƏ QADINLAR ÜÇÜN XEYRİYYƏ AKSİYASI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, 28 may - Respublika günü ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mayın 26-da Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində qadınlar üçün xeyriyyə aksiyası keçirmişdir. Aksiyanın əsas məqsədi müəssisədə cəza çəkən qadınlara mənəvi dəstəyin göstərilməsidir.
Tədbirdə “Penitensiar müəssisələrdə cəzaçəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanunun əhəmiyyəti vurğulanmışdır. Qeyd edilmişdir ki, cəzaçəkməkdən azad edilmiş qadınların sosial müdafiəsi istiqamətində müvafiq tədbirlər görülür.
Aksiyada müğənnilərin iştirakı ilə konsert proqramı təşkil edilmiş və hədiyyələr paylanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]