COP29
Çad təmsilçisi: COP29-da iştirak edən liderlər iqlimdən ziyan çəkən Afrikanı bərpa etmək niyyətindədirlər
Bakı, 15 noyabr, AZƏRTAC
İnsanların Çad Respublikası haqqında daha çox məlumat əldə edə bilməsi üçün Azərbaycana yerli yeməklərimiz və istifadə etdiyimiz bəzi əşyaları gətirmişik.
Bunu AZƏRTAC-a açıqlamasında Çad Respublikasının Ekologiya Nazirliyinin nümayəndəsi Mberqoqu Melom Patrisia deyib. O, vurğulayıb ki, Çad Respublikası iqlim dəyişikliyindən çox əziyyət çəkir.
“COP29-da iştirak edən liderlər planetin qlobal problemindən danışırlar. Onlar iqlimdən ziyan çəkən Afrikanı bərpa etmək niyyətində olduqlarını söyləyirlər. Bu problemin öhdəsindən gəlmək üçün tədbirlər görməliyik”,- deyə M.Patrisia əlavə edib.