İDMAN
“Çelsi”nin sahibi klubuna yeni oyunçular alınması üçün 247 milyon funt-sterlinq ayırmışdır
Bakı, 13 aprel (AZƏRTAC). İngiltərə mətbuatının yazdığına görə, “Çelsi”nin sahibi Roman Abramoviç klubuna yeni oyunçular alınması üçün 247 milyon funt-sterlinq ayıraraq, kimlərin alınmalı olduğunu müəyyənləşdirmişdir.
AZƏRTAC xəbər verir ki, R.Abramoviçin siyahısında “Tottenhem”dən Luka Modriç (40 milyon funt), “Portu”dan Halk (35 milyon) və Alvaro Pereyra (17 milyon), “Real”dan Qonsalo İquain (30 milyon), Dortmund “Borussiya”sından Mario Götse (40 milyon), “Lill”dən Sezar Aspilikueta və Eden Hazar (hər ikisi - 25 milyon) və “Napoli”dən Edinson Kavani (35 milyon) var.
Elan edilən bu adlardan savayı londonluların diqqətində “Atletiko”nun mərkəz hücumçusu Radomel Falkao, “Napoli”nin yarımmüdafiəçisi Lavessi, “Ayaks”ın mərkəz müdafiəçisi Yan Vertongen də var.
Eyni zamanda komandadan Didye Droqba, Salomon Kalu və Floran Maluda gedə bilərlər. Bu futbolçuların klubla müqaviləsi bu ay bitəcəkdir. Onlardan əlavə Daniel Starric də karyerasını “Çelsi”də davam etdirib-etdirməyəcəyi barədə düşünür.