Çex arxeoloqları məhəbbət haqqında ən qədim mahnının mətnini tapıblar
Bakı, 5 iyul, AZƏRTAC
Çex arxeoloqları Qədim Çarlıq dövründə (bizim eradan əvvəl XXIII-XXI əsrlərin ortaları) yaşamış İnti adlı baş kahinin qəbir otağından dünyada məhəbbət haqqında ən qədim mahnının mətnini tapıblar.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə praqalı misirşünas alim Brjetislav Vaxala məlumat verib. “Bu nadir tapıntıdır. Əvvəllər belə hesab edilirdi ki, qədim misirlilər yalnız dini və elmi məzmunlu mətnlər yazıblar. Ən maraqlısı isə odur ki, mahnının mətni insan hisslərinin büruzə verilməsinə çox sərt münasibət bəsləyən din xadiminin - kahinin sarkofaqında olub”.
Brjetislav Vaxalanın çex dilinə çevirdiyi mahnıda Yasa adlı gəncin gözəl qıza məhəbbəti tərənnüm edilir. Alim dəqiqləşdirib ki, mahnı 4300 ildən əvvəlki dövrə aiddir.
Qədim Misir mətninin oxunması bir ildən çox vaxt aparıb. O, çex dilindən başqa, ingilis, fransız və alman dillərinə də tərcümə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:25]
Lihannanın faciəvi ölümü: Fransada ədalət sisteminin növbəti uğursuzluğu
- 09.06.2026 [11:41]
Futbol üzrə dünya çempionatının Somalidən olan hakimi ABŞ-yə buraxılmayıb
- 09.06.2026 [11:31]
Odessa sahillərində 15 ölü delfin aşkarlanıb
- 09.06.2026 [11:26]
Çində avtomobil satışları kəskin azalıb
- 09.06.2026 [11:21]
Qəzza zolağına keçid məntəqələrinin fəaliyyəti bərpa olunub
Bu saata olan əsas xəbərlər
- [12:00]
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]