DÜNYA
Çexiya və Slovakiya Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirlər
Praqa, 2 aprel (AZƏRTAC). Bratislavada Çexiyanın xarici işlər naziri Lubomir Zauralyok və onun slovakiyalı həmkarı Miroslav Layçak arasında görüş olmuşdur. Söhbət zamanı nazirlər, o cümlədən, Ukraynanın bölünməsinin ağlasığmaz olduğunu bildirmişlər.
Siyasətçilər vurğulamışlar ki, indi Ukraynanın qarşısında duran əsas məsələ - ölkəni dərin siyasi böhrandan çıxarmaqdır. Bu böhrandan çıxışı aprelin 3-də formalaşdırılması gözlənilən müvəqqəti hökumət təmin etməlidir.
Çexiya XİN rəhbəri Lubomir Zauralyok demişdir: “Əminəm ki, Ukrayna xalqının çox hissəsi öz dövlətinin parçalanmasını istəmir”.
Müvəqqəti hökumət kabinetini əvəz edəcək yeni siyasi hakimiyyət bu bədbəxtliyin bir daha təkrarlanmasını istisna edən sistem yaratmaq üçün bütün səylərini səfərbər etməlidir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa