Çin Azərbaycana təşəkkür edib VİDEO

Şanxay, 23 iyun, AZƏRTAC
Rəsmi Pekin Yaxın Şərqdəki gərginliklə əlaqədar Çin vətəndaşlarının təxliyəsinə dəstək və köməyə görə Azərbaycan da daxil olmaqla bir neçə ölkəyə təşəkkür edib.
AZƏRTAC xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmisi Quo Ciakun iyunun 23-də ənənəvi mətbuat konfransında Çin vətəndaşlarının təxliyəsi ilə bağlı açıqlama verərkən, dəstək olan dövlətlərə ölkəsinin təşəkkürünü bildirib.
Çin XİN rəsmisi İsrail-İran qarşıdurması ilə əlaqədar indiyədək İrandan 3125, İsraildən isə 500-dən çox çinlinin təxliyə edildiyini deyib. Təxliyə olunanlar arasında Çinin materik hissəsi ilə yanaşı, Honkonq xüsusi inzibati ərazisi və Tayvan adasından olanlar da var.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Şanxay
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.07.2025 [13:30]
Daha 65 vətəndaşa hüquqi yardım göstərilib
- 10.07.2025 [12:55]
Nəsimi rayonunda narkoşəbəkənin iki üzvü saxalanılıb VİDEO
- 10.07.2025 [11:12]
Baş prokuror Zaqatalada vətəndaşların müraciətlərini dinləyəcək
- 10.07.2025 [11:08]
“Könüllü DOST” proqramına 800-dən çox şəxs cəlb olunub
- 10.07.2025 [11:08]
Lefkoşada “Türk dünyası ailəmizdir” mövzusunda konfrans keçirilib
- 10.07.2025 [10:46]