Çin dünyanın ən böyük pərakəndə satış bazarına çevrilir
Pekin, 29 yanvar, AZƏRTAC
Çin bu il ABŞ-ı qabaqlayaraq dünyanın ən böyük pərakəndə satış bazarı ünvanına sahiblənəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “eMarketer” araşdırma şirkətinin hesabatında qeyd olunur. Şirkətin mütəxəssisləri güman edirlər ki, cari il ərzində Çində pərakəndə satışın həcmi 7,5 faiz artaraq 5,636 trilyon dollara çatacaq. ABŞ-da isə bu sahə üzrə artım 3,3 faiz olmaqla, ümumi rəqəm 5,529 trilyon dollar təşkil edəcək.
Mütəxəssislər Çinin pərakəndə satış bazarında bu cür canlanmanı əhalinin gəlirlərinin çoxalması və elektron ticarətin populyarlaşması ilə əlaqələndirirlər. Çin Milli Statistika Bürosunun məlumatına görə, ölkədə pərakəndə satışın beşdəbirini elektron ticarət təşkil edir. Təkcə ötən il noyabrın 11-də “Şoppinq festivalı”nda “Alibaba” şirkəti elektron ticarət platformalarından 31,46 milyard dollarlıq pərakəndə satış həyata keçirilib. “eMarketer” araşdırma şirkətinin proqnozlarına görə, bu il dünya üzrə bütün elektron pərakəndə satışın 55,8 faizini Çin təmin edəcək. Bu rəqəm 2022-ci ildə 63 faizə çatacaq.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [22:22]
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
- 09.06.2026 [22:13]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]