Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Çin kommersiya nazirinin müavini: Azərbaycanın COP29-a ev sahibliyi etməsi tarixi hadisədir VİDEO

Çin kommersiya nazirinin müavini: Azərbaycanın COP29-a ev sahibliyi etməsi tarixi hadisədir VİDEO

Şanxay, 6 noyabr, AZƏRTAC

“Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi tarixi hadisədir. Azərbaycan ev sahibi kimi iqlim məsələlərində konstruktiv rol oynayır. İnanırıq ki, Azərbaycan bu tədbiri uğurla keçirəcək. Çin COP29-da yüksək səviyyədə nümayəndə heyəti ilə təmsil olunacaq”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Çinin kommersiya nazirinin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Lin Ci Azərbaycanın Baş nazirinin müavini, komissiyanın Azərbaycan tərəfdən həmsədri Şahin Mustafayev ilə Şanxayda keçirilən görüşdə deyib.

Görüşdə iki ölkə arasında iqtisadi-ticari əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Baş nazirinin müavini Şahin Mustafayev cari ilin iyulunda Astanada dövlət başçıları İlham Əliyev və Si Cinpinin görüşü zamanı iki ölkə əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi barədə Birgə Bəyannamənin qəbul edilməsinin Azərbaycan-Çin münasibətlərini daha da möhkəmləndirdiyini, əməkdaşlığımızın yeni mərhələyə qədəm qoyduğunu bildirib. O, hazırda ölkələrimizin iqtisadiyyatın müxtəlif istiqamətlərində, o cümlədən enerji, nəqliyyat, investisiya, turizm, kənd təsərrüfatı, yaşıl enerji sahələrində sıx əməkdaşlıq etdiyini, cari ilin 9 ayında ikitərəfli ticarət dövriyyəsinin 16 faiz çoxalaraq 2,65 milyard ABŞ dollarına çatdığını diqqətə çatdırıb. Bildirib ki, Çin şirkətləri Azərbaycanda sənaye, kənd təsərrüfatı, ticarət, xidmət sektoru, inşaat, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə uğurla fəaliyyət göstərir.

Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin dinamikasına təsir edən mühüm amillərdən birinin enerji sahəsində səmərəli əməkdaşlıq olduğunu vurğulayan Ş.Mustafayev bildirib ki, hazırda alternativ və bərpaolunan enerji mənbələri sahəsi ölkələrimiz arasında əməkdaşlığın perspektivli sahələrindən biridir. Azərbaycan zəngin neft-qaz ehtiyatlarına malik olmasına baxmayaraq, yaşıl inkişafı və yaşıl enerjini prioritet elan edib, bu sahədə qabaqcıl texnologiya və təcrübəyə malik Çin ilə əməkdaşlığa əhəmiyyət verir. Azərbaycanın yaşıl enerji imkanlarının inkişafı məqsədilə bir sıra Çin şirkətləri ilə potensial layihələr müzakirə olunur. COP29 dövründə qonaqlara Çin istehsalı olan elektrik mühərrikli avtomobil və avtobuslar xidmət göstərəcək. Bu xüsusda əməkdaşlıq çərçivəsində həmçinin 2025-ci ildə yerli istehsalın yaradılması, ehtiyat hissələrinin lokallaşdırılması da nəzərdə tutulub. Azərbaycanın lokomotivliyi ilə həyata keçirilən yaşıl enerji dəhlizlərində Çin şirkətlərinin iştirakı arzuolunandır.

Baş nazirin müavini ölkələrimizin nəqliyyat-tranzit sahəsində əməkdaşlığından danışaraq, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin – Orta Dəhlizin Çin ilə Avropa arasında yükdaşımalarda artan əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, bu ilin 9 ayında Azərbaycan ərazisindən Çin mallarının tranzit daşınmasının həcmi 74 faiz artıb.

Çinin kommersiya nazirinin müavini Lin Ci iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin tarixi hadisə olduğunu vurğulayaraq, dövlət başçılarının qəbul etdiyi Birgə Bəyannamənin ölkələrimizin münasibətlərinin daha da genişləndirilməsi üçün zəmin yaratdığını deyib. O, ötən ilin noyabrında Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının Şanxayda keçirilmiş 9-cu iclasından keçən dövrdə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıqda irəliləyişin müşahidə olunduğunu bildirib.

Nazir müavini Lin Ci Azərbaycan-Çin iqtisadi-ticari əməkdaşlığının geniş müstəvini əhatə etdiyini, investisiya, yaşıl enerji kimi sahələrdə əhəmiyyətli nəticələrin əldə edildiyini diqqətə çatdırıb. O, Bakıda keçiriləcək COP29 tədbirində Çin istehsalı olan elektrik avtomobilləri və avtobuslarının istifadə olunmasını yüksək qiymətləndirib, Çin nümayəndə heyətinin tərkibində qlobal iqlim konfransı üçün Bakıya səfərini səbirsizliklə gözlədiyini deyib.

Lin Ci Orta Dəhlizin təkcə nəqliyyat dəhlizi olmadığını, marşrut boyunca iqtisadi-ticari əməkdaşlığın dərinləşməsinə təkan verdiyini deyib.

Görüşdə müxtəlif sahələr üzrə əməkdaşlığın irəli aparılmasına dair fikir mübadiləsi aparılıb, müvafiq sahələrdə sənədlərin imzalanma üçün hazırlanması, işçi qruplarının yaradılması və Hökumətlərarası Komissiyanın növbəti iclasının gələn il Bakıda keçirilməsi barədə razılıq əldə olunub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Şanxay

 

Çin kommersiya nazirinin müavini: Azərbaycanın COP29-a ev sahibliyi etməsi tarixi hadisədir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcüstanda yeni nazirlik yaradılıb

Uşaqlara sosial medianın qadağan edilməsi onları zərərdən qoruyacaqmı?

Almaniyada əhaliyə fövqəladə vəziyyətlərə hazır olmaq barədə xəbərdarlıq edilib

Maya Sandu Brüssel səfərinin təfərrüatlarını açıqlayıb

Rumıniyada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Konfrans Liqası: “Başakşəhər” ilk qələbəsini qazanıb

Ulu Öndər Heydər Əliyevin xatirəsi Gürcüstanın bölgələrində də anılıb

Avropa Liqası: Türkiyə təmsilçiləri turu qələbəsiz başa vurublar

Azərbaycanın NATO yanındakı nümayəndəliyində Ulu Öndərin anım mərasimi keçirilib

Avropa Liqası: “Qarabağ” səfərdə İsveç klubuna uduzub – YENİLƏNİB

Masallıda Ulu Öndərin anım gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

Türkiyə Prezidenti Ankarada ABŞ Dövlət katibini qəbul edib

Şəkidə iki ailənin yaşadığı fərdi yaşayış evi yanıb

Ulu Öndərin xalq və dövlət qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin şanlı səhifələridir

Küveytdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Azərbaycanlı tələbənin Moskvada layihəsi təqdim olunub

Macarıstanda Ümummilli Lider Heydər Əliyevin anım mərasimi keçirilib

Avropa Liqası: “Elfsborq” və “Qarabağ” komandalarının start heyətləri açıqlanıb

Ulu Öndərin xatirəsi Rustavidə ehtiramla anılıb

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Ümummilli Liderin məzarını ziyarət edib

FHN kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Misirdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

ADA Universiteti Qazax Mərkəzində Ümummilli Liderin xatirəsi yad edilib

Sankt-Peterburqda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Ömər aşırımına qar yağıb

Filarmoniyada Ümummilli Liderin xatirəsinə həsr olunan anım gecəsi

TƏBİB-in kollektivi Ümummilli Liderin məzarını ziyarət edib

Ulu Öndər Heydər Əliyev parçalanmaqda olan Azərbaycanı inkişaf etmiş dövlətə çevirən dahi şəxsiyyət idi

Ulu Öndərin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

SOCAR-ın kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Naxçıvanda Ümummilli Liderin anım gününə həsr olunmuş elmi konfrans təşkil edilib

Cənub bölgəsində Ulu Öndər Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad olunub

Komrat Dövlət Universitetində Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Respublika Elmi-Texniki Kitabxanasında Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

İtaliyada Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib

Heydər Əliyev - dahi şəxsiyyət, görkəmli dövlət xadimi

POS-terminallardan istifadə ilə bağlı 467 obyektdə qanun pozuntusu aşkarlanıb

İtaliya qəzeti Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş məqalə dərc edib

BANM-in kollektivi Ümummilli Liderin məzarını ziyarət edib

ADPU ilə Kataliz və Qeyri-üzvi Kimya İnstitutu elmi-tədqiqat sahəsində əməkdaşlıq edəcək

Bolqarıstan mətbuatı Ümummilli Liderin Azərbaycanın dövlətçilik tarixində müstəsna rolundan yazıb

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanı ziyarət edib

Xalqımız Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb

Türkiyənin İqdır şəhərində Heydər Əliyevin xatirəsi anılıb

Diasporla İş üzrə Dövlət Komitəsində Ulu Öndərin əziz xatirəsi anılıb

Ağdamda Ulu Öndərin xatirəsi ehtiramla yad edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Həştərxandakı Azərbaycan İş Mərkəzində diaspor nümayəndələri ilə görüş keçirilib VİDEO

Yekaterinburqda da Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

ANAMA kollektivi Ulu Öndərin məzarını ziyarət edib

Rektor: Ulu Öndərin zəngin irsi Azərbaycan xalqı üçün yol xəritəsidir

Ulu Öndərə həsr olunan kitab Əlcəzairdə ərəb və fransız dillərində çap edilib

Şirvanda Ümummilli Liderin xatirəsi anılıb

Qərbi Azərbaycan İcmasının ilk xarici ofisi qardaş Türkiyədə açılıb

Elm və Təhsil Nazirliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

Parisdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi anılıb VİDEO

BMU-nun kollektivi Ümummilli Liderin məzarını ziyarət edib

G7 ölkələri Suriyada siyasi keçid prosesinə dəstək ifadə edib

Praqada Ulu Öndərin xatirəsi anılıb

BDU-da Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

Bosniya və Herseqovinada Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

FHN-in qurumlarında Ümummilli Liderin anım günü ilə əlaqədar tədbirlər keçirilib

Qərb bölgəsində Ulu Öndər Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad olunub

Musiqili Teatrda “İnanıram” monotamaşası təqdim olunacaq

Naxçıvanda Ümummilli Liderin xatirəsinə ağacəkmə aksiyası keçirilib

Dominikanlı beysbolçu idman tarixinin ən bahalı müqaviləsinə imza atıb

Denis Afanasyev: Heydər Əliyev Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə inkişafı üçün güclü zəmin yaradıb

MEK Azərbaycan dövlətçiliyinə dair nəşrlərin virtual sərgisinin ikinci buraxılışını təqdim edib

“Real Madrid”in hücumçusu Kilian Mbappe zədələnib

Kişineuda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb

Ankaradakı Heydər Əliyev adına orta məktəbdə müasir Azərbaycan dövlətçiliyinin memarının xatirəsi ehtiramla anılıb

DSX-nin Aparatında Ulu Öndərin xatirəsi anılıb

Baş ədliyyə müşaviri: Azərbaycanın uğurlarının təməlini Heydər Əliyevin dühası təşkil edir VİDEO

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşıb

Həştərxanda Heydər Əliyevin adına məktəbin kollektivi ilə görüş keçirilib VİDEO

Bu ilin 11 ayında 560 mindən çox “ASAN İmza” sertifikatı verilib

Dünya şahmat tacının yeni sahibi müəyyənləşib

AQTA-nın əməkdaşları Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət edib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Ulu Öndərin xatirəsini yad edib

Hərbi Hava Qüvvələrində voleybol üzrə birincilik keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

İRİA rəqəmsal bacarıqların inkişafına yönəlmiş tədqiqat layihəsi həyata keçirib

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Şəki-Zaqatala bölgəsində Ulu Öndərin xatirəsinə böyük ehtiram

AMADA ilə beynəlxalq konfransla yekun vuracaq

TƏBİB: Havaların soyuması ilə bağlı təcili tibbi yardım və poliklinika xidmətlərinə müraciətlərdə kəskin artım yoxdur

Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib

ADY sədri: Balakən istiqamətində dəmir yolu ilə sərnişindaşımanın bərpasına sayılı günlər qalıb

Astanada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Sumqayıtlılar Ulu Öndərin abidəsini ziyarət ediblər

Lənkəranda Ümummilli Liderin anım günü qeyd olunub

Mədəniyyət Nazirliyinin kollektivi Ümummilli Liderin məzarını ziyarət edib

Hava şəraiti kəskin dəyişəcək, temperatur 5-10 dərəcə enəcək

Milli terminoloji informasiya sisteminin formalaşmasının elmi-nəzəri əsasları işlənilib

Tərtərdə Ulu Öndərin əziz xatirəsi ehtiramla anılıb

Azərbaycan Universitetində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Vüqar Qurbanov: Hədəfimiz çox qısa müddətdə ölkə üzrə xəstəxanalarda onlayn növbənin tətbiq olunmasıdır

 Masallı Sənaye Məhəlləsində istehsal 15 faizə yaxın artıb VİDEO

Beynəlxalq Boks Assosiasiyasının keçmiş nümayəndəsi Azərbaycana gəlib