Çin Xalq Respublikasının sədri Misirdə rəsmi səfərdədir

Qahirə, 21 yanvar, AZƏRTAC
Yanvarın 21-də Qahirədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi və bu ölkədə rəsmi səfərdə olan Çin Xalq Respublikasının sədri Si Cinpinin sədrliyi ilə Misir-Çin sammiti keçirilib.
Dövlət başçıları iki ölkə arasında strateji tərəfdaşlıq, bir çox sahələrdə, xüsusilə ticari-iqtisadi sahədə ikitərəfli əməkdaşlıq məsələlərini, habelə beynəlxalq və regional problemləri müzakirə ediblər.
Sonra iki dövlətin başçısının iştirakı ilə dövlətlərarası sazişlərin imzalanma mərasimi olub. Ümumilikdə 21 saziş və qarşılıqlı anlaşma memorandumu imzalanıb. Bu sənədlər bir çox məsələləri, o cümlədən ticari-iqtisadi, texniki sahədə əməkdaşlığı, elektroenergetika sahəsində bir sıra layihələrin maliyyələşdirilməsini əhatə edir. Mühüm layihələrdən biri də Süveyş kanalı rayonunun sənaye zonasında layihələrin həyata keçirilməsində Çinin iştirakı haqqında sazişdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.07.2025 [12:28]
Media: ABŞ Avropa İttifaqına 10 faizlik tarif razılaşması təklif edib
- 08.07.2025 [12:22]
İsveçrənin saat tacirləri Trampın tarifləri səbəbindən zərərlə üzləşiblər
- 08.07.2025 [12:12]
Astronomlar öz ulduzunun alovuna məruz qalan yad planeti müşahidə ediblər
- 08.07.2025 [12:00]
Pentaqon Kiyevə “müdafiə silahları” göndərmək planlarını təsdiqləyib
- 08.07.2025 [11:28]
Dağıstanda sudan zəhərlənən 100-dən çox insan xəstəxanaya çatdırılıb
- 08.07.2025 [11:19]